Bələdiyyələr ölkə iqtisadiyyatına hansı töhfələr verə bilər?

Ölkəmizdə 2025-ci ilədək olan dövr üçün yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair mili iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritələri hazılanıb və hədəflər müəyyənləşdirilib. Bəs bələdiyyələr ölkədə aparılacaq islahatlara necə qoşulmalı və rolu nədən ibarət olmalıdır? Bu və ya digər suallara aydınlıq gətirən Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı bildirib ki, geniş resurs və imkanlara malik yerli özünü idaretmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini quraraq töhfələrini verə bilərlər.

İqtisadiyyatın bütün sektorları üzrə bələdiyyə müəssisələrinin qurulması mümkündür

Ölkəmizdə 2025-ci ilədək olan dövr üçün yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair mili iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritələri hazılanıb və hədəflər müəyyənləşdirilib. Bəs bələdiyyələr ölkədə aparılacaq islahatlara necə qoşulmalı və rolu nədən ibarət olmalıdır? Bu və ya digər suallara aydınlıq gətirən Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı bildirib ki, geniş resurs və imkanlara malik yerli özünü idaretmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini quraraq töhfələrini verə bilərlər. Onun sözlərinə görə, bələdiyyələrin inkişafı və əlavə maliyyə mənbələrinin əldə edilməsi baxımından gəlir gətirən bələdiyyə müəssisələrinin təsisinə ehtiyac vardır: "Bələdiyyələrin iqtisadi fəaliyyəti kənd təsərrüfatı, istehsalat, xidmət və qanunla qadağan edilməyən bütün sahələri əhatə edir. Azərbaycanda son rəsmi məlumata əsasən 1607 bələdiyyə var və bu kifayət qədər böyük rəqəmdir. Bələdiyyələr iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edirlər. Sənayeləşən şəhərlərdən, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə Azərbaycanın bütün coğrafiyasını əhatə edən 1607 təşkilatlanmış qurum və yaxud şirkət kimi təsəvvür edərsək, bələdiyyələrin hansı dərəcədə əhəmiyyətə malik olmasının şahidi olarıq. Qısacası iqtisadiyyatın bütün sektorları üzrə bələdiyyə müəssisələrinin qurulması mümkündür. Bələdiyyə müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması, əhalinin sossial rifahının düzəlməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların dirçəlməsi, yoxsulluğun azadılması, idxalın azalması və ixracın artması deməkdir". Fərman Salmanlı deyir ki, bələdiyyələrin bu qədər geniş imkan və resurslara malik olmaqlarına baxmayaraq maliyyə imkanlarının zəif olması və biznes təcrübələrinin olmaması bələdiyyə müəssisələrinin yaradılmasına və iqtisadi fəaliyyətlə məşğul olmaqlarına imkan vermir. Bu səbəbdən bələdiyyələr iqtisadi fəaliyyətlə başlamazdan əvvəl üç əsas problem həll edilməlidir: "Maliyyə qaynağının əldə edilməsi, hansı sahələrə kapital qoyulması müəyyənləşdirilməli, bələdiyyə nümayəndələrinə biznes təlimlərinin keçirilməsi. Hazırki, maliyyə vəziyyətlərinə görə bələdiyyələrin öz gücləri hesabına iqtisadi fəaliyyətlə məşğul olmaları mümkün olmadığından dövlət dəstəyinə ehtiyacları vardır və bu problem kredit və qrantlar yolu ilə həll edilə bilər. Kredit və qrantları aşağıdakı mənbələrdən əldə etmək olar. Birincisi, bank kreditlərinin verilməsi, ikincisi, bələdiyyə İnkişaf Fondunun yaradılması, üçüncüsü, bələdiyyə layihələrinə qrant verən fondun və ya şuranın təsis edilməsi, dördüncüsü bələdiyyə lizinq şirkətənin yaradılması ilə. Bu gün Azərbacanda iqtisadiyyata kapital qoyuluşunda və aqrar sahənin inkişfınada lizinq şirkətlər mühüm rol oyanyırlar. Fəaliyyət sahəsi sırf bələdiyyə orqanlarını əhatə edən ixtisaslaşmış bələdiyyə lizinq şirkətləri yaradıla bilər. İxtisaslaşmış bələdiyyə lizinq şirkənin yaradılması sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların,kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin, istehsal təyinatlı bina və tikililərin istifadəsinin lizinq yolu ilə maliyyələşməsi və digər zəruru tədbirlərin görülməsiylə aqrar sahənin inkişafı deməkdir. Buraya kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdırılması aiddir. Maliyyə məsələsi həllini tapdıqdan sonra ikinci məsələ kapital qoyulacaq sahələrin dəqiqləşməsidir. Bunun üçün ilk növbədə görüşəcək iş bələdiyyə ərazilərinin regionlar üzrə iqtisadi xəritəsinin yaradılmasıdır. İqtisadi xəritə bələdiyyələrin yerləşdiyi ərazinin coğrafi mövqeyi, qaynaqları və resursları nəzərə alınmaqla, yerli bələdiyyələrin təklif və layihələri əsasında formalaşır. Bu xəritədə ərazinin təsnifatı ətraflı olaraq əksini tapmalı və hansı ərazilərdə hansı sahələrə kapital qoyululacağı müəyyənləşməlidir. Məsələn hər bələdiyyə öz ərazisində sənaye, kənd təsərüfat, turizim və digər sahələrdən hansılarla məşğul olmağın mümkünlüyünü göstərilməli və tədim edilənlər xəritədə əksini tapmalıdır. Həmçiunin, iqtisadi xəritə hazırlanarkən tədbirlər planında daxili və xarici bazar öyrənilməli, idxal və ixrac nəzərə alınmaldır. İlk növbədə daxili bazarın təlabatı nəzərə alınaraq Azərbaycana idxal edilən ərzaq məhsullarının siyahısı çıxarılmalı və hansı bölgədə idxal edilən kənd təsərrüfatı məhsullarının hansının istehsalı və emalının mümkünlüyü planlaşdırılmalıdır. Ölkəyə qida məhsullarının idxalı əsasən ət, süt, süt, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, buğda, çay, tütün və tütün məmulatları, qənnadı məhsualları və digər məhsullardan ibarətdir Bələdiyyələrin bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalını və emalı sənayesinin inkişaf etdirilməsi dövlətimizin ərzaq təhükəsizliyinin təmini və ölkəmizdən kənara valyuta axınının qarşısının alınması deməkdir. Bələdiyyələrin iqtisadi fəaliyyətlə xüsusən kənd təsərüfatı sahəsində istehsalatla məşğul olmaları daxili bazarların təmini və xarici bazarların öyrənilərək rəqabət qabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsi və ixrac əməliyyatlarının keçirilməsi ölkəyə valyuta axınını təmin edə bilər. Azərbaycandan xarici bazarlara ixrac məhsullarının sırasına spirtli və spirtsiz içkilər, meyvə-tərəvəz, pambıq, şəkər, çay, bitki və heyvan mənşəli piylər və yağlar daxildir. Növbəti mərhələdə bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün biznes bacarıqlarının və biliklərinin artırılması məqsədi ilə qabaqcıl təcrübələrə əsaslanan keyfiyyətli biznes təlimləri təşkil edilməlidir. Təlimlərin keçirilməsində məqsəd yaranacaq bələdiyyə müəssislərini və bələdiyyə biznesini idarə edə biləcək peşəkar və bacarıqlı biznes idarəçilərinin yetişdirilməsidir". Fərman Salmanlı deyir ki, görüləcək işlərdə bələdiyyə assosiasiyalarının rolu və iştirakı müsbət nəticələr verə bilər: "Bələdiyyə assosiasiyaları bu istiqamətdə görüləcək bütün işləri yaxından monitorinq edərək, onların səmərəliliyini və müvafiq yenilikçi təşəbbüsləri, təklifləri, gətirəcəyi faydaları müəyyən edəcək və gedişatda maneə yaranacağı təqdirdə maneələrin aradan qaldırılması istiqamətində tədbirlər planı işləyib hazırlamaq kimi vəzəfəni həyata keçirməklə prosesdə iştirak edə bilərlər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31