İbrahimoviç: "100 qol vurmasam..."
"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandasını dəyişə bilər. Bunu isveçli forvard özü deyib.
13 Fevral 2017 14:06 İdman"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandasını dəyişə bilər. Bunu isveçli forvard özü deyib.
36 yaşlı futbolçu gələcək karyerası ilə bağlı qərar vermədiyini söyləyib: "Hələ heç nə bilinmir. Burada 100 qol vurmalıyam. Yeni müqavilə bağlayıb-bağlamamağım bundan asılıdı. Görək, gələcəkdə necə olacaq".
Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo bir neçə gün əvvəl İbrahimoviçin komandada qalacağını açıqlamışdı. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31