Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Fevralın 13-dən 17-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində strateji liderlik proqramı kursu təşkil olunur. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, fevralın 13-dən 24-dək isə Niderland Krallığının Haaqa şəhərində hərbi-mülki əlaqələr üzrə qərargah zabiti kursu keçiriləcək. Eyni tarixlərdə Almaniyanın Qarmiş-Partenkirxen şəhərində dil testi üzrə seminar keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Fevralın 13-dən 17-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində strateji liderlik proqramı kursu təşkil olunur. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, fevralın 13-dən 24-dək isə Niderland Krallığının Haaqa şəhərində hərbi-mülki əlaqələr üzrə qərargah zabiti kursu keçiriləcək. Eyni tarixlərdə Almaniyanın Qarmiş-Partenkirxen şəhərində dil testi üzrə seminar keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31