"The Greanville Post": "Aİ ilə saziş Bakıya Dağlıq Qarabağ münaqişəsində yardım edə bilər"
Azərbaycan Çinlə Avropa İttifaqını (Aİ) bir-birinə bağlayacaq yeni "İpək yolu"nun əsas hissəsi, eləcə də energetika məsələlərində Qərb üçün perspektivli tərəfdaşdır.
13 Fevral 2017 13:30 SiyasətAzərbaycan Çinlə Avropa İttifaqını (Aİ) bir-birinə bağlayacaq yeni "İpək yolu"nun əsas hissəsi, eləcə də energetika məsələlərində Qərb üçün perspektivli tərəfdaşdır. Bu barədə "The Greanville Post" qəzetində nəşr olunan məqaləsində Stiven Karqanoviç yazır.
Məqalədə qeyd olunur ki, Qərbin Azərbaycana daimi marağının əsas göstəricisi Aİ ilə rəsmi Bakı arasında yeni başlayan və Aİ-nin Azərbaycanla "strateji tərəfdaşlığın müasirləşdirilməsi" adlandırdığı danışıqlardır.
Müəllif yazır ki, Azərbaycanın Aİ ilə daha sıx əlaqələri üçün əlavə stimulları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində rəsmi Bakının mövqeyinin qurum tərəfindən uzunmüddətli dəstəklənməsi və Azərbaycanla Aİ arasında vizasız rejimin təmin olunması perspektivləridir. Trend.az