Niderland Krallığı ilə miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin rəhbərliyi ilə görüşüb.
13 Fevral 2017 13:27 SosialDövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin rəhbərliyi ilə görüşüb. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Haaqada fikir mübadiləsi şəraitində keçən görüşdə hər iki ölkənin miqrasiya sahəsində müvafiq qurumları arasında praktiki və innovativ təcrübənin öyrənilməsi ilə bağlı əməkdaşlığı yüksək qiymətləndirilib. Görüşdə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" 2014-cü il fevralın 28-də imzalanmış və elə həmin il sentyabr 1-dən qüvvəyə minmiş Sazişin icrası istiqamətində mövcud vəziyyət və perspektivdəki məsələlər təhlil olunub. "Azərbaycan Respublikası və Benilüks dövlətləri (Belçika Krallığı, Böyük Lüksemburq Hersoqluğu və Niderland Krallığı) arasında Sazişin həyata keçirilməsi üzrə" Protokol layihəsinin razılaşdırılması ilə bağlı görülən işlər müzakirə edilib. Sonra miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.