Gündəm
Tanınmış polkovnik işdən çıxarıldı
Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, hərbi prokurorun köməkçisi, polkovnik Əfrahim Təhməzov təqaüdə göndərilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Ə.Təhməzov səhhətindəki problemlərlə əlaqədar tərxis olunub. Report.az
Azərbaycanda milyonlarla manat borc silinəcək
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 26 minə yaxın vergi ödəyicisinin toplam olaraq 350 mln. manata qədər vergi borcu üzrə hesablanan faiz və maliyyə sanksiyalarının silinməsi planlaşdırılır.
Fransanın nüfuzlu jurnalı Ermənistanı Xocalı soyqırımında İTTİHAM ETDİ
Fransanın nüfuzlu "La Revue" nəşri Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş məqalə dərc edib. Jurnalın mart-aprel ayları üçün çap olunan nömrəsində Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklər əks etdirilib.
Naxçıvan xalçaları beynəlxalq elmi mətbuatda
Gənc Tamaşaçılar Teatrının repertuarı
Düşmənin artilleriya atəşi nəticəsində Azərbaycan əsgəri şəhid olub
Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib”
Bu gün Gürcüstan parlamentində daha bir azərbaycanlı Xocalıfaciəsinin 25 illiyi ilə bağlı çıxış edib.
Kukla Teatrında - YENİ TAMAŞA
BMT-dəki səfir: "ABŞ Minsk Qrupunun Qarabağ münaqişəsinin həllinə olan yanaşmasına sadiqdir"
ABŞ Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir və tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırır.
Rusiya XİN Moskva-Bakı münasibətlərinə dair məlumat yayacaq
Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məlumat yayacaq.
Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq
“Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxmaq niyyətindədir”. Bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin bu gün Bakıda keçirilən VIII iclasında bildirib.
Ramiz Mehdiyev sərəncam verdi
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Kiyev Rusiyanı BMT TŞ-da veto hüququndan məhrum etməyə çağırdı
Ukraynanın Xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.














