Kiyev Rusiyanı BMT TŞ-da veto hüququndan məhrum etməyə çağırdı

Ukraynanın Xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.

Ukraynanın Xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.

Bu barədə UNİAN agentliyi istinadən xəbər yayıb.

"Münaqişə tərəfinin BMT-nin TŞ-nın daimi üzvü kimi bu masa arxasında olmasına baxmayaraq, Şuranın "qanlı münaqişələrə" effektiv reaksiya vermək qabiliyyəti olmalıdır", - P.Klimkin bunu Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasda bildirib.

Ukrayna XİN rəhbəri BMT-nin Nizamnaməsinin 27 maddəsini xatırladıb. Həmin maddəyə görə, mübahisəli məsələdə iştirak edən tərəf qərar qəbul edilərkən bitərəf olmalıdır. Onun sözlərinə görə, bu maddənin "iqnor" edilməsi yolverilməzdir.

Hazırda BMT TŞ-nın daimi üzvləri Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya veto hüququna malikdirlər, bu hüquq onlara beynəlxalq təşkilatın istənilən qətnaməsini blok etməyə imkan verir.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31