Gündəm
Gediş haqqı ucuzlaşa bilər
Bakı-Tbilisi-Bakı beynəlxalq sürət sərnişin qatarında gediş haqları azaldıla bilər. "Azərbaycan Dəmir Yolları" QSC bu məqsədlə Gürcüstan tərəfinə müraciət edib. Belə ki, dəmir yolunda tariflər İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir. Son vaxtlar milli valyutanın dəyərdən düşməsi Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşımanın baha olmasına gətirib çıxarıb. Bahalaşmasının qarşısını almaq üçün qonşu ölkəyə tariflərin azaldılması üçün müraciət edilib. Aprelin 1-dən bu istiqamət üzrə gediş haqlarının dəyişəcəyi gözlənilir.
Ərdoğanla Trampın görüş vaxtı MƏLUM OLDU
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşəcəyi tarix açıqlanıb. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın dövlət başçılarının may ayında görüşəcəyini bildirib. O, may ayında NATO-da aralıq zirvə görüşünün təşkil ediləcəyini deyib: "Türkiyə prezidenti də bu tədbirə qatılacaq. Orada Donald Trampla təkbətək görüş keçiriləcək. Görüşdə ABŞ-Türkiyə münasibətləri müzakirə olunacaq".
“Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər”
Bu gün Atatürk Mərkəzində “Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər” adlı kitabın təqdimat mərasimi keçirilib. Engin Köklüçinarın müəllifi olduğu kitab Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Süvərin fəaliyyətinə həsr olunub. Kitabı Azərbaycan dilinə Azərbaycanda Atatürk Mərkəzinin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı Afət Mamayeva tərcümə edib. Türkiyənin 19 Mayis Universiteti Fən Ədəbiyyat fakultəsinin türk dili və ədəbiyyatı bölümünün məzunu olan Afət Mamayeva bundan əvvəl isə, 2006-cı ildə Akkan Suvərin “Sarı yarpaqlar mövsümü” kitabını tərcümə edib. “Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər” adlı kitabın məsləhətçisi professor, millət vəkili Nizami Cəfərov, redaktoru isə Dəyanət Osmanlıdır.
Tarix Muzeyində Xocalı faciəsi
Ötən il də Azercell uğurlu fəaliyyəti ilə seçildi
“Azercell Telekom” MMC fəaliyyət göstərdiyi 20 il ərzində ölkə iqtisadiyyatında öz sözünü deyən şirkətlərdən biri olub. 2016-cı ildə də bir çox sahədə liderliyi qoruyub saxlayan mobil operator əksər göstəricilər üzrə irəliləyib. Bu haqda Azercell Telekom MMC-nin 2016-cı il üçün hesabatında məlumatlar əks olunub.
Lukaşenko: “Putinə bunu etməsinə icazə verməyəcəm”
Makedoniyalı deputat Ermənistanın iç üzünü açdı
Vidadi Zeynalovun satışa çıxarmaq istədiyi əmlakının dəyəri məlum olub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq Aparat rəhbəri Vidadi Zeynalovun dövlətə dəyən ziyanı ödəmək üçün satışa çıxarılmasını istədiyi əmlakının ümumi dəyəri məlum olub. Vəkil Bəylər Məmişov deyib ki, Bakının Nərimanov və Nəsimi rayonlarında yerləşən, biri yaşayış, ikisi isə qeyri-yaşayış obyekti olan əmlakın ümumi dəyəri ekspert rəyinə görə 12 milyon manat təşkil edir.
Almaniya ilə təcrübə mübadiləsi aparılır
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslər üçün protez-ortopedik məmulatların hazırlanması sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqini diqqətdə saxlayır. Bu istiqamətdə növbəti tədbir kimi, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidovun rəhbərlik etdiyi nümayəndə heyəti müvafiq sahədə müasir nailiyyətləri ilə seçilən Almaniya Federativ Respublikasına ezam edilib.
Binəqədidə əhalnin tibbi müayinəsi həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayonİcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.
Ermənistanın növbəti təxribatının qarşısı alınıb
Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.
Politoloq: “Sarkisyan koridor açılmasının sürətlənməsini istəyir”
“Bu yaxınlarda Bakıda Amerika Birləşmiş ştatlarının və Rusiyanın baş Qərargah rəislərinin görüşü keçirildi. Görüşün nəticələri barədə ümumilikdə diplomatik qaydalara uyğun açıqlamalar verilsə də, əsas götürülən nəticələrdir. Görünən isə odur ki, bu görüşmələrdən sonra Türkiyə ordusu Suriya ərazisində genişmiqyaslı və uğurlu əməliyyatlar həyata keçirdi. ABŞ və Türkiyə prezidentlərinin İranla bağlı sərt açıqlamaları səsləndirildi”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Fətullah Gülənin vəkili həbs olunub
İstanbulda Fətullah Gülənin vəkili tutulub. Türkiyə mətbuatı xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin daha bir vəkili, Orhan Erdemli İstanbulda həbs olunub.
Azərbaycanda narkomanların sayı artıb - Onların arasında 5 uşaq da var
Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb. Səhiyyə Nazirliyindən bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448 nəfər olub.
Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq
Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Sumı şəhərində Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.














