“Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər”
Bu gün Atatürk Mərkəzində “Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər” adlı kitabın təqdimat mərasimi keçirilib. Engin Köklüçinarın müəllifi olduğu kitab Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Süvərin fəaliyyətinə həsr olunub. Kitabı Azərbaycan dilinə Azərbaycanda Atatürk Mərkəzinin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı Afət Mamayeva tərcümə edib. Türkiyənin 19 Mayis Universiteti Fən Ədəbiyyat fakultəsinin türk dili və ədəbiyyatı bölümünün məzunu olan Afət Mamayeva bundan əvvəl isə, 2006-cı ildə Akkan Suvərin “Sarı yarpaqlar mövsümü” kitabını tərcümə edib. “Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər” adlı kitabın məsləhətçisi professor, millət vəkili Nizami Cəfərov, redaktoru isə Dəyanət Osmanlıdır.
22 Fevral 2017 18:03 SosialBakıda bu adda kitabın təqdimat mərasimi keçirilib
Bu gün Atatürk Mərkəzində "Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər" adlı kitabın təqdimat mərasimi keçirilib. Engin Köklüçinarın müəllifi olduğu kitab Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Süvərin fəaliyyətinə həsr olunub. Kitabı Azərbaycan dilinə Azərbaycanda Atatürk Mərkəzinin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı Afət Mamayeva tərcümə edib. Türkiyənin 19 Mayis Universiteti Fən Ədəbiyyat fakultəsinin türk dili və ədəbiyyatı bölümünün məzunu olan Afət Mamayeva bundan əvvəl isə, 2006-cı ildə Akkan Suvərin "Sarı yarpaqlar mövsümü" kitabını tərcümə edib. "Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər" adlı kitabın məsləhətçisi professor, millət vəkili Nizami Cəfərov, redaktoru isə Dəyanət Osmanlıdır. Təqdimat mərasimində çıxış edən Akkan Suvər təqdimatın Xocalı faciəsinin 25 illiyi ərəfəsinə təsadüf etdiyini bildirməklə yanaşı, ermənilərin azərbaycanlılara qarşı törətmiş olduğu bu soyqırımın gənc nəslə öyrədilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Xocalıda törədilən soyqırımın ümumilikdə Türk dünyası gənclərinə çatdırılması, onların bu faciə barədə bilgiləndirilməsi məcbuiriyyətindəyik.
Millət vəkili Nizami Akkan Suvərin böyük təcrübəsi, fəaliyyətinin olduğunu deyib. Bildirib ki, uzun illər tanınmış tarixi şəxsiyyətlərlə yaxından təmasda olub, onların fəaliyyətini yaxından izləyib. Millət vəkilinin sözlərinə görə, bu sıraya Alparslan Türkeş, Süleyman Dəmirəl, Heydər Əliyev və digər tanınmış tarixi şəxsiyyətləri aid etmək olar: "Xüsusilə, Akkan Suvərin ümummilli lider Heydər Əliyevlə yaxın münasibətləri olub. Akkan Suvər Azərbaycan dövləti üçün böyük işlər görüb. O, Azərbaycanla bağlı bütün məsələlərə reaksiya verib, bizim sevincimizi öz sevinci hesab edib. Təbii ki, kədərimizə də hədsiz dərəcədə üzülüb. Akkan Suvər xalqını, millətini, Türk dünyasını sevən bir şəxsiyyətdir". "Cəmiyyətə həsr olunmuş illər Akkan Suvər" adlı kitabının müəllifi Engin Könlüçinar Akkan Suvərin Azərbaycan sevdalısı olduğunu deyib. Bildirib ki, o, hər zaman Azərbaycan uğrunda mübarizə aparıb, onun üzləşdiyi problemlərin beynəlxalq miqyasa çıxarılması istiqamətində səylər göstərib.
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədr müavini, Türkiyə parlamentinin sabiq deputatı Şamil Ayrım da çıxışında Akkan Suvərin yorulmaz fəaliyyəti, Azərbaycan, Türk dünyasının huzur və firəvan olması uğrundakı işlərindən danışıb. Çıxışında Şamil Ayrım da fikrini ermənilərin 25 il əvvəl Xocalıda həyata keçirdikləri soyqırıma yönəldərək bildirib ki, bu soyqırımı unutmağa haqqımız yoxdur və bu soyqırımı həyata keçirən insan cəlladlarının məsuliyyətə cəlb edilməsi zəruridir.Xalq yazıçısı Çingiz Abdullayev də çıxışında Akkan Suvərin Azərbaycanla bağlı fəaliyyətini təqdir edib. Onun hər zaman Azərbaycan uğrunda mübarizə apardığını deyən Çingiz Abdullayev "bizim uğurlarımız sizin, sizin uğurlarınız da bizimdir" deyib. Azərbaycanın Türkiyədəki sabiq səfiri Məmməd Əliyev, eləcə də İstanbuldakı keçmiş baş konsulumuz Səyyad Aran diplomat kimi fəaliyyətləri dövründə Akkan Suvərin onlara göstərdiyi diqqətdəm danışıb, onun hər zaman Azərbaycana dəstək nümayiş etdirdiklərini vurğulayıblar. Millət vəkilləri Məlahət İbrahimqızı, Musa Quliyev, Aydın Hüseynov və başqaları da çıxışlarında Akkan Suvərin bir Azərbaycan sevdalısı olduğunu qeyd ediblər. Bildiriblər ki, Akkan Suvər uzun illər iki qardaş ölkənin birlik və bərabərliyinin daha da güclənməsi istiqamətində çalışıb və bu gün də həmin fəaliyyət davam edir. Yazıçı publisist Yunus Oğuz Akkan Suvəri 90-cı illərdən tanıdığını diqqətə çatdırıb. Yunus Oğuz da Akkan Suvəri Azərbaycan sevdalısı kimi xarakterizə edərək belə bir kitabın hazırlanmasını təqdirəlayiq hal hesab edib. Yazıçı onu da bildirib ki, Akkan Suvərin,həyatı bir kitabdır. Yunus Oğuz kitabda bir sıra maraqlı məqamlara toxunulduğunu da vurğulayıb. tanınmış türkoloq, professorRamiz Əsgər də çıxışında Akkan Suvərin fəaliyyətinə toxunaraq onun hər zaman Azərbaycanın haqlı davasında öndə olduğunu deyib. Bildirib ki, Akkan Suvər Azərbaycan sevdalısı olmaqla yanaşı, həm də Türk sevdalısıdır. Sonda çıxış edən Akkan Suvər ona göstərilən bu cür dəyərə, diqqətə görə iştirakçılara minnətdarlığını bildirib.
Süleyman