Lukaşenko: “Putinə bunu etməsinə icazə verməyəcəm”
22 Fevral 2017 17:56 Dünya"Belarus prezidenti Aleksandr Lukaşenko əmin edib ki, Rusiyaya Ukraynaya hücum üçün öz ərazisindən istifadə etməyə icazə verməyəcək".
Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahında çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
"Şimalda Kreml Belarusa təzyiqi gücləndirir. Hərçənd mən əminəm ki, prezident Lukaşenko buna icazə verməyəcək. O, mənə dəfələrlə deyib ki, bizimlə bağlı düşməncəsinə hərəkətlər üçün öz ərazisindən istifadə edilməsinə icazə verməz", - deyə Poroşenko qeyd edib.
Ukrayna prezidenti həmçinin Lukaşenkoya Rusiyanın istənilən "sürprizləri"nə hazır olmağı məsləhət görüb.
Publika.az "Obozrevatel" nəşrinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31