Gündəm
Prezident yaponiyalı naziri qəbul etdi
“Rosnet”in gəlirləri 49 faiz azalıb
Millət vəkili canlı efirdə ölüm təhdidi aldı
Rusiya səfirliyi: Lapşinin müdafiəsi ilə yeni vəkil məşğul olacaq
Qızıl dolu seyf oğurlandı - Bakıda
Abituriyentlərə MÜRACİƏT
Milli Kitabxanada müşavirə
Fevral ayının 28-də saat 11.00-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə əlaqədar müəyyən edilmiş qaydaların müzakirəsinə dair respublika müşavirəsi keçiriləcək.
Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
İlham Əliyev Bruney Sultanını təbrik edib
Hollivuddan azərbaycanlı yazıçıya təklif: “Film çəkmək istəyirik"
Yunus Oğuzun “Cümhuriyət” qəzetinə müsahibəsinin ikinci hissəsini təqdim edirik. Müsahibənin bu hissəsində yazıçı günümüzün ədəbi reallıqları və tarixi mövzulara aid sualları cavablandırıb. Qeyd edək ki, Yunus Oğuz müsahibənin əvvəlki hissəsində ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə dair sualları cavablandırmışdı.
Dövlət ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunmasında maraqlıdır
Hər bir demokratik cəmiyyətlərin özünə xas xüsusiyyətlərindən biri də həmin cəmiyyətdə fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunmasıdır. Bu gün Azərbaycan da demokratik prinsiplər əsasında inkişaf edən, bu dəyərlərə yüksək qiymət verən müstəqil bir ölkə olduğu üçün bizdə də fikir, söz, ifadə azadlığı, plüralizmin ən yüksək səviyyədə qorunduğunu, ona əməl edildiyini qətiyyətlə söyləmək mümkündür. Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycanda fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində ilk addımlar müstəqillik illərində, daha doğrusu ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılmağa başlayıb. Məhz Heydər Əliyevin prezidentliyi dövründə ölkədə müstəqil medianın inkişafı istiqamətində zəruri addımlar atılıb.
Yaşar Əliyev: “Ermənistan anlamalıdır ki, digər dövlətin ərazisini işğal etməklə problemi həll etmək olmaz”
"Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin 30 illik tarixində ən böyük qətliam olub”. Bunu BMT Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyin rəhbəri Yaşar Əliyev deyib.
İŞİD tərkibində döyüşən azərbaycanlı 10 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində orta məktəb binasının tikintisinə başlanılıb. Bunu Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. K.Həsənov bildirib ki, kəndin bərpası ilə əlaqədar işlər intensiv şəkildə həyata keçirilir. Onun sözlərinə görə, artıq kəndin minalardan təmizlənməsi işləri də yekunlaşmaq üzrədir, ANAMA bu günlərdə ərazini təhvil verəcək. İcra başçısı əlavə edib ki, kəndə qayıtmaq istəyənlərin sayı gündən-günə artır: “Hər gün kənd əhalisindən həm yazılı, həm də şifahi müraciətlər alırıq. Məlum olduğu kimi, ilkin olaraq 50 ailə köçürüləcək. Gələcəkdə yeni binalar tikiləndə digər ailələrin də kəndə qayıtması təmin olunacaq”.
ABŞ sakinlərinin 54 faizi Trampın fəaliyyətindən narazıdır - SORĞU
ABŞ sakinləri arasında sorğu keçirilib. Trend-in məlumatına görə, sorğuda iştirak edənlərin yarıdan çoxu prezident Donald Trampın fəaliyyətinin ilk ayından narazı olduğunu bildirib. Belə ki, rəyi soruşulanların 54 faizi D.Trampın fəaliyyətini mənfi qiymətləndirib.

.jpg)












