Millət vəkili canlı efirdə ölüm təhdidi aldı
22 Fevral 2017 18:38 DünyaTürkiyə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Selin Sayek Böke CNN Türk kanalının canlı efirində ölümlə təhdid edilib.
Türkiyə mediası xəbər verir ki, kanala zəng edən bir şəxs "həyatına son qoyulacaq, evinə gedə bilməyəcəksən" deyib.
Millət vəkili CNN Türk binasına gələn polislərin müşayiəti ilə buradan ayrılıb və təyyarəyə onların müşayiəti altında minib. Ankara Esenboğa hava limanında isə Selin Sayek Bökeni polis qrupu qarşılayıb. O, polislər və CHP-li səlahiyyətlilərin müşayiəti ilə evinə qədər gətirilib. Daha əvvəl isə təhlükəsizlik işçiləri onun yaşadığı binada genişmiqyaslı axtarış aparıb.
Polis hazırda telekanala zəng edən şəxsin kimliyini araşdırır. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31