Yaşar Əliyev: “Ermənistan anlamalıdır ki, digər dövlətin ərazisini işğal etməklə problemi həll etmək olmaz”

"Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin 30 illik tarixində ən böyük qətliam olub”. Bunu BMT Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyin rəhbəri Yaşar Əliyev deyib.

"Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin 30 illik tarixində ən böyük qətliam olub". Bunu BMT Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyin rəhbəri Yaşar Əliyev deyib.

O qeyd edib ki, Xocalı qətliamında yüzlərlə insan qətlə yetirilib, yaralanıb və girov götürülüb. Y. Əliyev bildirib ki, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə qalması gərginliyin və insidentlərin əsas səbəbidir, habelə münaqişənin sülh yolu ilə həlli üçün əsas maneədir.

"Status-kvo"nun qəbuledilməz olduğunu deyən diplomat ilk gündən müharibənin Azərbaycan ərazisində getdiyini vurğulayıb. Y. Əliyev Dağlıq Qarabağda bölgənin adını dəyişmək üçün keçirilən qondarma referendumu Ermənistanın təxribatçı addımı adlandırıb. "Ermənistan rəhbərliyi anlamalıdır ki, digər dövlətin ərazisini işğal etməklə, problemi həll etmək olmaz", - deyə o vurğulayıb. Bu barədə APA.az "reliefweb.int" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31