Tarix Muzeyində Xocalı faciəsi
22 Fevral 2017 18:00 MədəniyyətFevral ayının 23-də saat 15: 00-da Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək. Muzeydən "Olaylar" - a bildirilir ki, tədbirin proqramına Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının, xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşovun, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin çıxışları daxildi. Həmçinin tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında səhnələşdirilmiş "26-cı ümid" kompozisiyası çıxış və "26-cı ümid" adlı triptix formalı rəsm əsərinin Muzeyə təqdim olunması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31