Azercell  “İlin telekommunikasiya şirkəti” və “İlin Korporativ Ünsiyyət Departamenti” nominasiyası üzrə bürünc mükafat qazanıb

 

Ölkənin lider mobil operatoru Azercell Telecomun prezidenti Vahid Mürsəliyev nüfuzlu beynəlxalq " The Business Year" dərgisi tərəfindən "İlin şirkət rəhbəri" mükafatına layiq görülüb.  Həmçinin Vahid Mürsəliyev Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən, baş ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Rabitə Akademiyasınınakademiki tituluna laiq görülüb.  

Bununla yanaşı Azercell Telecom Şirkəti sosial istifadəçilər arasında öz liderliyini qoruyur. Belə ki, şirkət Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yanvar ayında müştəri istəklərinin 100 % cavablama nəticəsi əldə edib. Mobil operatorlar arasında ən çox sual (656) Azercell - ə ünvanlanıb və bütün suallar operativ şəkildə cavablandırılıb.  Məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha "Socialbakers" beynəlxalq tətqiqat təşkilatından xüsusi "Socially Devoted" sertifikatına layiq görülüb.

Şirkət ölkəmizi beynəlxalq aləmdə təmsil edərək bir necə uğurlu mükafatlar qazanmışdı. Şirkət "Stevie Beynəlxalq Biznes Mükafatı" üzrə 3 nominasiyanın qalibi olub. "İlin telekommunikasiya şirkəti" və "İlin Korporativ Ünsiyyət Departamenti" nominasiyası üzrə bürünc, "Azercell"  -in "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdindən yaranaraq fəaliyyət göstərən "Sumaks" şirkəti isə "İlin Startapı" nominasiyası üzrə gümüş mükafatını qazanıb.

Bu barədə "Azercell Telecom" - un illik hesabatında məlumat verildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31