Rusiya XİN Moskva-Bakı münasibətlərinə dair məlumat yayacaq
Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məlumat yayacaq.
22 Fevral 2017 16:51 SiyasətRusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məlumat yayacaq.
Bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə söyləyib.
M. Zaxarovanın sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bu tarixə böyük önəm verir. O bildirib ki, bununla bağlı yaxın vaxtlarda Rusiya XİN-in saytında iki ölkə arasındakı münasibətlərə dair geniş məlumat yerləşdiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci ildə qurulub. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin hüquqi bazasının əsas sənədi dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyə dair müqavilədir.