Naxçıvan xalçaları beynəlxalq elmi mətbuatda

International Journal of Information Research and Review (IJIRR, Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlil jurnalı) Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun "XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti" mövzusunda nəzəri və təcrübi materiallar əsasında hazırlanan məqaləsini nəşr etdirib. Məqalədə Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılıq erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrildiyi haqqında məlumat verilir. Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab edilir. XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında da bu sənətin inkişafına güclü təkan verib.

Qeyd edək ki, Vidadi Muradovun Naxçıvan xalçaçılıq tarixi mövzusunda tədqiqatları indiyədək respublikamızın müxtəlif elmi jurnallarında, qəzetlərində məqalə şəklində işıq üzü görüb.Azərbaycan, ingilis, rus dillərində dərc edilən "Naxçıvan xalçaçıları" adlı kitablarında, "Azərbaycan xalçaları: Naxçıvan qrupu" filmində öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31