Gündəm

Deputatlar nöqsanlardan danışdılar

17 Mart 2017 14:59

Milli Məclisin martın 17-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabatı dinlənilib. Hesabatı təqdim edən Baş nazir Artur Razisadə bəyan edib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və cənab prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya ölkələri içərisində özünə layiqli yer tutub.

Sabahın havası

17 Mart 2017 14:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

17 Mart 2017 14:55

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, FHN mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib. Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

Moldova MDB PA-nın Sankt-Peterburqda keçiriləck iclasına qatılmaqdan imtina edə bilər

17 Mart 2017 14:50

Moldova parlamenti MDB Parlamentlərarası Assambleyanın martın 26-28-də Sankt-Peterburqda keçiriləcək iclasında iştirakdan imtina edilməsi məsələsinə baxacaq.

Türkiyədə Azərbaycan mahnılarının “anonim” təqdim edilməsinin səbəbləri

17 Mart 2017 14:48

Son dövrlərdə Türkiyə şou-biznesində Azərbaycan mahnılarına geniş yer verilir. Azərbaycanlı gənc musiqiçilər müxtəlif müsabiqələrdə ölkəni və musiqini uğurla təmsil edirlər. Müsabiqələrdə səslənən Azərbaycan mahnılarını həm münsiflər heyəti, həm də dinləyicilər maraqla qarşılayır. Təbii ki, bu Azərbaycanın uğurudur, amma bu uğura kölgə salacaq hallar da az olmur. Məsələn, bir çox hallarda Azərbaycan mahnılarının müəllifləri göstərilmir, “anonim” kimi təqdim edilir. 

"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi

17 Mart 2017 14:38

Mark Zukerberq "Facebook"da da "Story" (Hekayə) funksiyasını aktiv edib. O, İnstaqram və "WhatsApp"da olduğu kimi "Facebook Messenger" və "Facebook mobile" versiyaları üçün bu funksiyanı artırıb.

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

17 Mart 2017 14:32

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib. Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində hərəkətlərin yekunu üzrə finala yüksəlib.

“Rabitə işi”ndə məhkəmə tərkibinə etiraz edilib

17 Mart 2017 14:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ermənistan status-kvonun uzanmasına çalışır

17 Mart 2017 14:28

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona daha bir uğursuz səfəri baş tutdu. Əvvəlki səfərlərdən heç nə ilə fərqlənməyən bu dəfəki səfərin sonucu olaraq da vasitəçilər problemin həllinə heç bir təsir gücünə malik olmayan açıqlamalar verməklə işlərini birmiş hesab etdilər.

Çaylarda mövcud vəziyyət

17 Mart 2017 14:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə  60-110  faizini təşkil edir.

Mətbuat Şurası ilə Türkiyənin media qurumlarının təmsilçilərinin Əməkdaşlıq Memorandumu imzalanıb

17 Mart 2017 14:26

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri qədim tarixi köklərə malikdir. Hər iki ölkənin mediası bu münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir.

Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi

17 Mart 2017 14:25

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bugünlərdə “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda növbəti mühazirə təşkil olunub.

Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə yardım edilib

17 Mart 2017 14:23

SOCAR tərəfindən bu günlərdə Novruz bayramı münasibəti ilə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb.

Beynəlxalq müsabiqəsinin işçi görüşünün protokolu imzalanıb

17 Mart 2017 14:21

Martın 17-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb.

Milli Məclisin iclasında hökumətin 2016-cı il üzrə hesabatı dinlənilib

17 Mart 2017 14:19

Xəbər verir ki, hesabat məruzəsi ilə baş nazir Artur Rəsizadə çıxış edib. A.Rəsizadə qeyd edib ki, keçən il Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qalıb və iqtisadi inkişaf tempi özünü stabil vəziyyətə saxlanılıb.