"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi

Mark Zukerberq "Facebook"da da "Story" (Hekayə) funksiyasını aktiv edib. O, İnstaqram və "WhatsApp"da olduğu kimi "Facebook Messenger" və "Facebook mobile" versiyaları üçün bu funksiyanı artırıb.

Mark Zukerberq "Facebook"da da "Story" (Hekayə) funksiyasını aktiv edib. O, İnstaqram və "WhatsApp"da olduğu kimi "Facebook Messenger" və "Facebook mobile" versiyaları üçün bu funksiyanı artırıb.

Buna səbəb isə Markın "Snapchat"ı ala bilməməsidir. O, buna görə bir müddətdir göz dikdiyi "Snapchat"da olan özəllikləri öz sahibi olduğu proqramlarda tətbiq edir.

Hazırda, sadəcə, bəzi istifadəçilərdə aktiv olan bu xüsusiyyət qısa müddət ərzində iOS və Android istifadə edən hər kəsdə olacaq. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31