Gündəm

Şəmkir rayonu "Kreativ şəhərlər" proqramında

17 Mart 2017 15:41

17 mart 2017 – British Council tərəfindən 2015-ci ildən etibarən idarə olunan Aİ - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramı kiçik və orta şəhər və rayonlara yaradıcılıq potensiallarını artırmaqda kömək edəcək proqramın icrasına başlayıb.  

Qablaşdırma Sənayesi Assosiasiyası yaradılıb

17 Mart 2017 15:36

Ölkədə fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis olunub.

Ukraynanın mədəniyyət işçisi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

17 Mart 2017 15:31

Ukraynanın mədəniyyət işçisi Adelya Marçenko Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat yayıb.

Konstitusiya Məhkəməsi Vergilər Nazirliyinin qərarını LƏĞV ETDİ

17 Mart 2017 15:29

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən report-a verilən məlumata görə, A.Aslanovun və L.Səbizovanın şikayətləri üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 may tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Yunanıstan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

17 Mart 2017 15:27

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb. Bildirib ki, bu iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkənin XİN-ləri arasında imzalanmış Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə ziddiyyət təşkil edir".

Gürcüstan Prezidenti: "Azərbaycanla Gürcüstan arasında münasibətlər mükəmməldir"

17 Mart 2017 15:25

"Azərbaycanla Gürcüstan arasında münasibətlər mükəmməldir". Bunu müsahibəsində Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Son dəqiqə: NATO Türkiyəyə SƏSLƏNDİ

17 Mart 2017 15:23

NATO bu dəqiqələrdə Türkiyə və Avstriyaya etdiyi çağırışla dünyanın diqqət mərkəzinə düşüb. NATO-nun baş katibi Cens Stoltenberq Türkiyə və Avstriyaya "bəzi əməkdaşlıq proqramlarının dayandırılmasına səbəb olan diplomatik anlaşılmazlıqlara" həll yolunu tapmaq çağırışı edib. 

Aparat rəhbəri: "12 illik təhsilə keçid köklü dəyişikliklər tələb edir"

17 Mart 2017 15:22

Ötən il təhsil sistemində bir sıra mühüm yeniliklərə imza atılıb. Təhsildə keyfiyyətin yüksəldilməsi ən vacib məsələ olduğundan əsas fəaliyyət bu istiqamətə yönəlib. Bu baxımdan ötən il ölkə üzrə təmayülləşmənin genişləndirilməsi, diaqnostik qiymətləndirmənin davam etdirilməsi, müəllimlərin işə qəbulu zamanı namizədlərin göstərdiyi nəticələrin yüksəlməsi, təhsil işçilərinin və məktəb idarəedənlərin peşəkarlığının artırılması təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sırasında olub.

Yazıçı Mövludun intihar səbəbinin ilkin ehtimalı açıqlandı

17 Mart 2017 15:18

Martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, "Teleqraf.com" agentliyinin redaktoru, 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Türk gəmisi batdı

17 Mart 2017 15:14

Liviya sahillərində Türkiyəyə məxsus gəmi batıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, gəminin batmasına səbəb pis hava şəraiti olub. “Tınaztepe S” adlı gəminin 13 nəfər heyət üzvü olub. Məlumata görə, üç nəfərin cəsədi tapılıb. Faciədən 7 nəfər xilas edilib. Digər üç nəfər axtarılır.

Deputat nazirliklərə irad tutdu

17 Mart 2017 15:12

“Azərbaycanda bu gün 18-19 nazirlik var. Ancaq bəzi nazirliklərinin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım”.

Əflatun Amaşov: “Hökumətin fəaliyyətində nöqsanlar və çatışmazlıqlar da var

17 Mart 2017 15:10

“Hökumətin fəaliyyətində nöqsanlar və çatışmazlıqlar da var. Əlbəttə, iş olan yerdə problemlər olmalıdır”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov Milli Məclisdə hökumərin hesabatının müzakirəsi zamanı çıxış edərkən deyib.

Deputat bahaçılıqdan şikayətləndi

17 Mart 2017 15:10

Deputat Fəzail Ağamalı bazarlardakı bahalaşma ilə bağlı məsələni parlamentin iclasında iştirak edən hökumət üzvlərinin diqqətinə çatdırıb.

Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturu yaxşılaşdırılır 

17 Mart 2017 15:08

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələr çərçivəsində Balababa Məcidov və Abdulla Şaiq küçəsinin bir hissəsində artıq asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Müəllim və valideynlərin səyyar qəbulu keçirilib

17 Mart 2017 15:07

Martın 17-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.