Gündəm
Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə rəsmi namizəd oldu
YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adlarını rəsmi açıqlayıb. Namizədlər arasında Polad Bülbüloğlu (Azərbaycan), Fam Suan Şon (Vyetnam), Muşira Həttab (Misir), Hamad Bin Əbdüləziz Al-Kavari (Qətər), Tsyan Tan (Çin), Xuan Alfonso Fuentes Soria (Qvatemala), Saleh Al-Hasnavi (İraq), Vera El-Huri Laköy (Livan) və Odri Azule (Fransa).
Qadınları Dubaya aparan qız saxlandı
Sumqayıt şəhər sakini tərəfindən qadınları insan alverinə məruz qoyması müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini Esmira Sadıxovanın gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə apararaq insan alverinə məruz qoyması müəyyən edilib.
Deputat: “Tarif Şurasının qərarı zavodun fəaliyyətini iflic edib”
“Tarif Şurasının qərarı Neftçala rayonundakı Yod-Brom zavodun fəaliyyətini iflic vəziyyətinə salıb”.”Olaylar” xəbər verir ki, bunu millət vəkili arif Rəhimzadə bu gün milli Məclisdə hökumətin hesabatı zamanı deyib.Onun sözlərinə görə, Tarif Şurasının elektrik enerjisinin sərfiyyatı ilə bağlı qiymətin artırılması bir sıra müəssisələrinin fəaliyyətinə ciddi problemlər yaradıb. “Bunun bariz nümunəsi kimi olraq mən seçildiyim Neftçala rayonundakı Yod-Brom zavodudur. Bildiyiniz kimi bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və bu məhsulun böyük bir hissəsi xaricə satılır. Ancaq tariff şurasının məlum qərarı bu zavodun fəaliyyətinə ciddi problem yaradıb” – deyə. A. Rəhimzadə vurğulayıb.
Əfv sərəncamının icrası başa çatıb
Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başa çatıb. Məlumata görə, sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
BƏT-in “Əməyin gələcəyi” təşəbbüsü ilə əlaqədar ölkəmizdə milli dialoq çərçivəsində silsilə tədbirlər keçirilir
Martın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələr keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin moderatorluğu ilə keçirilən tədbirdə ölkəmizdə demoqrafik vəziyyət, əhali sakinliyi və bu sahələrdə inkişaf meylləri, miqrasiya prosesləri, əmək bazarının inkişafı kimi məsələlərlə bağlı təqdimatlar edilib, daha sonra təqdim olunmuş məlumatlar əsasında demoqrafik meyllərin, miqrasiya proseslərinin əmək bazarına təsirinə dair müzakirələr aparılıb. Tədbirdə sosial tərəfdaşların (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının), aidiyyəti dövlət qurumlarının, habelə ayrı-ayrı elm və təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
İntiqam Babayev Almaniyada BMT Könüllülük proqramının qərargahında olub
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Almaniyanın Bonn şəhərində səfərdə olub. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, səfərin əsas məqsədi BMT Könüllülük proqramının qərargahında Gənclər və İdman Nazirliyi ilə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi arasında həyata keçirilməsi planlaşdırılan növbəti layihəyə əlavə ediləcək “Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı” komponenti ilə bağlı müvafiq müzakirələrin aparılması olub.
Mübariz Qurbanlı şimal zonasında vətəndaşları qəbul edib
Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şabrandakı Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan sakinləri qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə,Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkili və digər məsələlərlə bağlı müraciət ediblər.
Penitensiar Xidmətin Müalicə Müəssisəsindən 12 məhkum azadlığa buraxıldı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən 12 məhkum azadlığa buraxılıb. Onlardan 11-i kişi, 1-i isə qadındır.
"Cənab Prezident səhvimi bağışladı"
Cənab prezident səhvimi bağışladı. Bunu prezident İlham Əliyevin sərəncamı ilə əfv olunmuş Növrəstə Rzayeva deyib. 5 il azadlıqdan məhrum edilmiş N.Rzayeva cəzasının 1 il 3 ayını çəkib: "Cənab prezident səhvimi bağışladı. Allah prezidetimizdən razı olsun! Azadlıqda xəstə olduğumu bilmirdim. Cəzaçəkmə müəssisəsində ürək çatışmazlığı diaqnozu qoyuldu və Müalicə müəssisəsinə göndərdilər. Cənab prezident müraciətimi nəzərə alıb məni bağışladı".
Azərbaycanda sözün əsl mənasında siyasi plüralizm mövcuddur
Azərbaycanda söz, fikir azadlığı ilə yanaşı, siyasi plüralizmin də mövcudluğu heç kimdə şübhə yaratmır. Siyasi plüralizm-müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi anlamına gəlir. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.
Fondun "Azərsu" ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" ASC-nin birgə təşkil etdikləri "Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Dövlət fikir və söz azadlığının inkiişaf etdiilməsini prioritet hesab edir
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkədə kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün kifayət qədər imkanlar və şərait yaradılıb. Müstəqil mətbuat mövcuddur, insanlar öz fikirlərinin açıq şəkildə ifadə edə bilir. Hər kəs heç bir məhdudiyyətlə qarşılaşmadan hər hansı bir kütləvi informasiya vasitəsi, qəzet, jurnal, yaxud internet portal təsis edə bilir. Həmçinin ölkədə social şəbəkələr vasitəsilə də hər bir şəxs öz azad fikrini cəmiyyətə çatdırır.
Albaniya Prezidentinə ADU-nun fəxri doktoru adı verilib
Bakıda keçirilən V Qlobal Forumda iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olan Albaniya Respublikasının Prezidenti Buyar Nişani Azərbaycan Dillər Universitetində (ADU) olub.
Baş prokuror Cəlilabad şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək
Mart ayının 20-dən 26-dək Bakıda Novruz Festivalı keçiriləcək. Festivalı Milli Turizm Təbliğat Bürosu təşkil edib.










.jpg)



