Gündəm
Prezident İlham Əliyev Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciət edib.
Ümumdünya Sosial İş Günü qeyd olunub
Azərbaycan Universitetində Ümumdünya Sosial iş gününə həsr olunan tədbir keçirilib. “OLAYLAR”-a “İrəli” İctimai Birliyindən daxil olan məlumata görə, Universitetin Sosial iş fakültəsi və İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov, universitetin müəllim-tələbə kollektivi iştirak edib.
3350 qaçqın və məcburi köçkün ailəsinə bayram hədiyyəsi verilib
Novruz bayramı ərəfəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin himayəsində olan məcburi köçkün ailələrinə baş çəkilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan və Goranboy rayonu ərazisində müvəqqəti məskunlaşan 3350 qaçqın və məcburi köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb.
Pirotexniki vasitələr, siqaretlər və mobil telefonlar aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Qaz-3110” markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
"Jizel"növbəti dəfə Opera və Balet Teatrında
Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan "Jizel" baletinin tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, A.Adanın bu gözəl əsəri uzun illərdir ki, teatrın repertuarındadı və hər dəfə də fərqli ifalarda, bir çox hallarda dəvət olunmuş balet ulduzlarının ifasında tamaşaçılara təqdim olunur.
Səlim Müslümov: Cari ilin ilk aylarında ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılıb
2017-ci ilin ilk aylarının yekunlarına dair statistik göstəricilər 2016-ci ili - qlobal iqtisadiyyat üçün çətin olan bir dövrü uğurla başa vuran ölkəmizin cari ildə artıq yeni inkişaf hədəflərinə doğru irəliləməkdə olduğunu göstərir. Ötən il makroiqtisadi sabitliyin təmin edildiyi ölkəmizdə artıq cari ilin yanvar-fevral aylarında iqtisadi artım qeydə alınıb - ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, o cümlədən sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz çoxalıb. Ən başlıcası, iqtisadiyyatın qeyri-neft sektorunun hesabına inkişafı yönündə növbəti irəliləyişlər əldə olunub. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Novruz bayramı münasibəti ilə nazirlikdə təşkil olunan bayram toplantısında bildirib.
Yıldıray Arslan: “TRT Azərbaycanın Qarabağ münaqişəsində haqlı olduğunu dünyaya hər zaman israrla çatdıracaq”
Bakı təmsilçiliyi fəaliyyətə başladığı 2001-ci ildən Azərbaycan və Türkiyənin ortaq gündəmi, tarixi və gələcəyi ilə bağlı səmərəli fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub.
Məşhur şəxsin qızı həbs edildi - VİDEO
İstanbul Prokurorluğunun təlimatı əsasında nəzarətə alınan İstanbulun sabiq Kəşfiyyat şöbə müdiri Əli Fuad Yılmazerin qızı həbs olunub. Sakaryada qeydiyyatda olan Yılmazerin vəkil qızı Fatma Səadət Yılmazer tibbi yoxlanışdan keçirildikdən sonra İstanbula göndərilib.
Almaniya yığmasının Bakıya gətirəcəyi heyət AÇIQLANDI
Futbol üzrə Almaniya milli komandasının martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşü, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.
Bakıda ustalar sərxoş qadını zorladılar
Bakıda rus qadını zorlamaqda təqsirləndirilən 1990-ci ildə təvəllüdlü Camur İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Beyləqan rayon sakini Camur İsmayılov 2016-cı il sentyabrın 2-də, saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Olyanın (ad şərtidir) evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.
Nizami Cəfərov: "Biz İslamı milli mənəvi dəyər kimi qoruyuruq"
Əlbəttə ki, Azərbaycanın türk dünyasında yeri və rolu çox mühümdür. Ümumiyyətlə, türk xalqlarının qədim tarixi var. Məlum olduğu kimi türklər təxminən min beş yüz ildən sonra, yəni ilk orta əsrlərdən tədricən oğuz, qıpçaq və karluqlara ayrılırlar ki, həmin proses eyni zamanda geniş coğrafiyalarda yayılmaqla və məskunlaşmaqla müşayiət olunur.
Azərbaycandan daha 60 nəfər Ümrə ziyarətinə yollandı
Azərbaycandan Ümrə ziyarətinə növbəti 60 nəfərlik qrup yola düşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
KXDR-in nüvə probleminin həllində ABŞ hərbi variantı istisna etmir
ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı məsələsinin həlli istiqamətinə bütün variantları, o cümlədən hərbi variantı aktual sayır.
Trampa qarşı məhkəmə iddiasına 50-dən çox texnoloji şirkət qoşuldu
ABŞ-ın 50-dən artıq texnoloji şirkəti Havay ştatının prezident Donald Trampın miqrasiya fərmanına qarşı qaldırdığı məhkəmə iddiasına qoşulub. Birgə bəyanatda onlar bəyan ediblər ki, Trampın yenidən işlənmiş qadağası Konstitusiyadan kənardır və biznesə ziyan vurur: “Trampın yeni qərarı əvvəlkindən heç nə ilə fərqlənmir. Bu qərar Amerika şirkətlərinə və onların əməkdaşlarına ciddi və düzəlməz ziyan vuracaq”.
Bakıda ana intihar etmiş 16 yaşlı qızını morqdan götürmək istəmədi
Hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. Bu barədə Nizami Rayon Polis İdarəsindən məlumat verib.














