Gündəm

Sarkisyanın qəfil ölümü: Ermənistanda alternativ hökumət qurulur

17 Mart 2017 18:18

Dünən “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti kəskinləşdirib. Artur Sarkisyan ötən il İrəvanda polis alayı binasını tutan “Sasna Çrer” qruplaşmasına qida daşıdığı üçün həbs olunub. Sonradan sərbəst buraxılsa da, 31 dekabrda yenidən həbs olunub. İkinci dəfə həbs olunandan sonra Sarkisyan aclıq aksiyasına başlayıb. 25 günlük aclıqdan sonra onun səhhəti pisləşib. Dünən xəstəxanaya yerləşən Sarkisyan ölüb. Buna etiraz olaraq ermənilər dünən İrəvanda aksiya keçiriblər. Yeni aksiyaların olacağı gözlənilir.

Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair sərəncam imzalayıb

17 Mart 2017 18:12

Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Türkiyəli gimnast: "Şadam ki, qardaş ölkədə belə bir gimnastika arenası var"

17 Mart 2017 18:09

"Çox şadam ki, bizə qardaş ölkədə belə bir gimnastika arenası var". Bunu Türkiyəni Bakıda keçirilən Dünya Kuboku yarışlarında təmsil edən idmançı Göksu Üçtaş Şanlı deyib.

Bakıda meyiti tapılan məktəblinin atası danışdı - TOĞRULUN MÜƏMMALI ÖLÜMÜ

17 Mart 2017 18:07

Bakıda meyiti tapılan məktəblinin hansı şəraitdə öldüyü hələ də məlum deyil. Martın 15-də Qızıldaş qəsəbəsində naməlum şəraitdə itkin düşən və bir neçə saat sonra meyiti yaşadığı evdən 250-300 metr aralıdakı sahədən tapılan 2004-cü il təvəllüdlü Sultanov Toğrul Zaur oğlunun niyə öldüyü, hansı səbəbdən evi tərk etdiyi hələlik üzə çıxmayıb.

Latviya Prezidentindən Qarabağla bağlı AÇIQLAMA

17 Mart 2017 18:05

"Dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinin diplomatik üsullar vasitəsilə həlli üçün yardım etməsi vacibdir". Bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Latviya Prezidenti Raymonds Veyonis deyib.

MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb

17 Mart 2017 17:42

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınmışdır.

Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

17 Mart 2017 17:39

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

Azərbaycan İslamın əsl mahiyyətini öz təqdimatında bütün dünyaya çatdırmağa çalışır

17 Mart 2017 17:39

“Azərbaycan hər zaman İslam həmrəyliyi prinsipindən çıxış edib. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanın müsəlman dünyasında nümunəvi ölkə olduğunu bir daha göstərir”. “OLAYLAR” xəbər verir ki, bu fikirlər martın 17-də Şabranda keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfransda səsləndirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Naməlum vertolyot gəmiyə atəş açdı - Azı 30 nəfər öldü

17 Mart 2017 17:37

Yəmən sahillərində naməlum vertolyotdan açılan atəş nəticəsində qaçqınlar olan gəmidə azı 31 nəfər ölüb.

XİN-dən Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması fikrinə münasibət

17 Mart 2017 17:35

"Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları konstitusiyasında da təsbit olunub". BunuAzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı fikrini şərh edərkən deyib.

Vüqar Rəhimzadə: Azərbaycanın müəllifi olduğu layihələr dünyaya sülh, sabitlik və inkişaf vəd edir

17 Mart 2017 17:29

“Hər zaman müasir dövrün qlobal çağırışlarına cavab verən Azərbaycan artıq uzun illərdir ki, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Günbəgün yeniləşən, inkişaf edən Bakı bütün dünyanı narahat edən problemlərin, mühüm məsələlərin müzakirə məkanına çevrilib. Bu mənada V Qlobal Bakı Forumunu xüsusi olaraq vurğulamaq lazımdır.” Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Mərkəzi Bankdan banklara MÜRACİƏT

17 Mart 2017 17:28

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına məktub göndərib.

Xırdalandakı 5 qadının öldüyü faciənin YENİ TƏFƏRRÜATI

17 Mart 2017 17:18

Martın 15-də beş nəfər qadının meyiti aşkarlanan Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında 2016-cı il aprelin 13-də "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzildaxili qaz avadanlıqlarına texniki baxış xidməti işləri həyata keçirilib.

Bakıda Macarıstan günləri

17 Mart 2017 17:17

Sahibkarlıq sahəsində yoxlamalarla bağlı Əsasnaməyə dəyişikliklər edilib

17 Mart 2017 17:15

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.