Gündəm

Spiker: “ÜDM artımı baş verməsə də, bəzi sahələrdə nailiyyətlər əldə edilib”

17 Mart 2017 14:17

“Ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub”. “Olaylar” xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında spiker Oqtay Əsədov Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib. 

Diaspor nümayəndələri Cocuq Mərcanlıda olublar

17 Mart 2017 14:16

Azərbaycan dövləti tərəfindən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezidentin sərancamına əsasən tikinti-abadlıq işlərinə başlaması hər bir diaspor üzvləri tərəfindən böyük sevinclə qarşılanıb. Məhz buna görə də Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin və Diaspor Jurnalistləri Birliyi birgə təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan soydaşlarımızın Cocuq Mərcanlı kəndinə səfəri olub.

Qordon Birrell: “Dünyada baş verən iqtisadi böhranın Azərbaycanda neft sahəsində həyata keçirilən layihələrə təsiri olmadı” 

17 Mart 2017 14:15

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İcra orqanları tərəfindən süründürməçilik halları davam edir”

17 Mart 2017 14:14

“İcra orqanları tərəfindən süründürməçilik halları davam edir”. “Olaylar” xəbər verir ki, bunu Millim Məclisin iclasında Əmək və sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.

Deputat dəm qazı problemini qaldırdı

17 Mart 2017 14:13

 “Son vaxtlar dəm qazından boğulma hallarının artması bizi narahat edən məsələlərdəndir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elmira Axundova deyib. Xanım millət vəkili təklif edib ki, “Azəriqaz” tərəfindən evlərdə dəm qazını hiss edən avtomatik qurğular məcburi qaydada quraşdırılmalıdır. Milli Məclisin sədr Valeh Ələsgərov bildirib ki, dədə-babadan evlərdə odun yandıranda da tüstü çıxan bacalar olub. V.Ələsgərov qeyd edib ki, zəhərlənmə halları daha çox o zaman olur ki, tüsünün çıxması üçün yerlər olmur: “Əhali ilk növbədə buna diqqət etməlidir. İlk növbədə hər kəs evində yoxlasın ki, qazdan əmələ gələn məhsullara kənara çıxır, ya yox. Bunu mütəxəssislərə yoxlatdırmalıdırlar”.

Deputat yeni müharibə konsepsiyası təklif edib

17 Mart 2017 14:11

“Keçən il yaxşı işləyən anzirliklər və qurumlar vardı. Bəzi nazirləriklər islahatlarla bağlı irəliləyişlər ediblər”.

Şurada aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

17 Mart 2017 14:10

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aprel döyüşlərində şəhid olan hərbiçilərimizin Bakı və Sumqayıt şəhərlərində yaşayan ailə üzvləri ilə görüş keçirilib.

Qaçqın düşərgəsində üç körpə vəfat etdi

17 Mart 2017 14:09

Suriyada Dəməşq yaxınlığında yerləşən fələstinli qaçqınların yaşadığı Yarmuk düşərgəsində üç yeni doğulmuş  körpənin dünyasını dəyişdiyi bildilir. Valideynləri xəstə uşaqları mühasirədə olan düşərgədən yaxınlıqdaki xəstəxanaya çatdırmaq istəyiblər. Ancaq düşərgənin bütün yollarını bağlayan Əsəd rejiminin əsgərləri buna mane olublar. Nəticədə lazımi tibbi yardım ala bilməyən körpələr dünyasını dəyişiblər.

2 nömrəli Bakı Baza Tibb Kollecində seminarlar keçirilib

17 Mart 2017 13:56

2 nömrəli Bakı Baza Tibb kollecində 0-3 yaşında uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə etməklə əlilliyin qarşısının alınmasına dair seminarlar keçirilib.Seminar “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində təşkil olunub.

290 iş üzrə 63060,2 manat məbləğində cərimə

17 Mart 2017 13:53

01-15 mart 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Bakıda şok hadisə: Kişi bir evdə bir-birindən xəbərsiz iki arvad saxladı

17 Mart 2017 13:50

Bakıda Hollivud filmlərinə bənzər hadisə baş verib. Bakı şəhər sakini qeyri-rəsmi olaraq birlikdə yaşadığı Əfsanə adlı xanımı evə gətiriərək onu qonşulara və qohumlarına qulluqçu kimi qələmə verib. Hətta oğlanın anası və bacısı da qohumlara qız evin gəlini deyil, evlərinin qulluqçusu olduğunu bildiriblər. Bir müddətdən sonra qadın hamilə qalıb və bir qız övladı dünyaya gətirib. Sonradan oğlan başqa bir qadınla evlənərək rəsmi nikaha daxil olub. Bu qadın da bir müddət sonra dünyaya bir qız övladı gətirib. Yoldaşı, qayınanası və baldızı tərəfindən yeni gələn gəlinə də Əfsanənin evin qulluqçusu olduğu deyilir. Bu qadınla bütün ailə üzvləri çox pis rəftar edib, onu döyüb və qulluqçu kimi işlədiblər.

“Pul aclığı” yaratmaq üsulu ilə milli valyutanı qorumaq mümkün deyil

17 Mart 2017 13:43

Milli valyutanın devalvasiyasının Azərbaycan banklarına yaratdığı çətinliklər, aktivlərin keyfiyyətinin zəif olması səbəbindən bankların davamlı olaraq kapital çatışmazlığı ilə üzləşməsi, yüksək dollarlaşma və valyuta uyğunsuzluğu prosesi davam edir. Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən VI illik konfransında məlumat verilib.

Əgər satılan malın sənədi yoxdursa...

17 Mart 2017 13:41

Sahibkarlar üzərində yoxlamaların aradan qaldırılması ölkədə iqtisadi inkişafın təmin edilməsinə yönəlib. Hazırda Azərbaycanda tətbiq edilən bu qayda sahibkarların sərbəst fəaliyyətinə müsbət təsir göstərib.

Manatın məzənnəsi hansı istiqamətdə inkişaf edə bilər?

17 Mart 2017 13:39

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot stavkasının artırmasına baxmayaraq manat yenidən dəyər qazanmaqdadır. Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar artırmadı. Martın bayramlar ayı olmasına baxmayaraq idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Praktik olaraq, Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən bankın valyuta bazarındakı passiv mövqey də dollara tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir.

Qatı ermənipərəst Frank Engel kimdir ?!

17 Mart 2017 13:35

Populist çıxışları və dünyanın müxtəlif bölgələrində baş verən siyasi hadisələr barəsində qeyri-adekvat şərhləri ilə adı tez-tez Avropa mətbuatının gündəminə çıxan Lüxemburq deputatı Frank Engel Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə də seçicilərini və öz həmkarlarını təəccübləndirməkdən yorulmur. Qatı ermənipərəst mövqeyini həyasızcasına yalan və dezinformasiyalar hesabına əsaslandırmağa çalışan Frank Engel az öncə Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da daha iki həmkarı ilə birlikdə iştirak etmiş və birgə imzaladıqları bəyanatda özünü “müşahidəçi” kimi qələmə verməyə çalışmışdı.