Gündəm
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.
Azərbaycanlı nazir 3,7 milyon dollara azadlığa çıxdı
Korrupsiya işi üzrə araşdırmalar zamanı həbs olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov 100 milyon qriven (3,7 milyon dollar) dəyərində girov qarşılığında azadlığa buraxılıb.
Müsəlmanlara qarşı TƏXRİBAT - "Uşağın gözü yaşıldır deyə döyüldü" dedilər
Trampın tərəfdarları müsəlmanları gözdən salmaq üçün təxribata əl atıblar. Kanadalı Tvitter istifadəçisi köhnə şəkli sosial şəbəkədə yayaraq, fotodakı uşağın gözlərinin yaşıl olduğuna görə müsəlmanlar tərəfindən döyüldüyünü iddia edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə xarici ölkələrin rəsmi şəxslərindən, ictimai-siyasi xadimlərdən, beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin rəhbərlərindən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, diplomatik korpusun təmsilçilərindən təbriklər gəlməkdə davam edir.
Aktrisa kitab yazdı
Karyerasına model olaraq başlayıb, aktrisa kimi uğur qazanan Cara Delevingne bu dəfə özünü yazar kimi sinayacaq. “Olaylar” “Sabah” – a istinadən bildirir ki, Carenin yazdığı sevgi romanı “Mirror Mirror” (Güzgü Güzgü) 16 yaçlarında olan 4 dostun sevgi həyatından bəhs edir. Bu haqda məlumatı model, sktrisa özünə məxsus sosial şəbəkə hesabından xəbər verib.
Suriya vurdu, İsrail təkzib etdi
Suriya ordusu İsrailə məxsus döyüş təyyarələrini Suriya hava sərhədində vurduğunu bildirib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, Suriya ordusu səhər saatlarında Suriya hava sərhədini pozan İsrail döyüş təyyarələrini birini vurub, digərini isə zədələyib. Əsəd ordusu bildirib ki, İsrail təyyarələri vurulmadan öncə Lübanan üzərində Suriya hava sərhəddini pozaraq Palmira yaxınlığındakı əsgərləri hədəf alıb.
La Fayett gəmisi Rumıniyada
Ötən gün Fransaya aid olan La Fayett gəmisi İstanbul boğazından keçərək Qara Dənizə daxil olub. F-710 sayılı gəmi sadəcə freqat olaraq növbə çəkmir. Bu gəminin ən son texniki radio -kəşfiyyat avadanlığı ilə təchiz edildiyi bildilir. Gəminin stels radarlardan yayınma sisteminə sahib olduğu da gələn xəbərlər sırasındadı.
"ASAN xidmət"in adından "işdüzəldən" dələduz tutuldu
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət"in) adından istifadə edilməklə dələduzluq əməllərinin törədilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb.
Çin vətəndaşı: "Azərbaycan prezidenti səhvimi bağışladı, məni ailəmə qaytardı"
Azərbaycan prezidentinə minnətdaram ki, məni azadlığa qovuşdurdu. Bunu prezident İlham Əliyevin sərəncamı ilə əfv olunmuş Çin vətəndaşı deyib. O, Bakıda həmyerlisini - Çin vətəndaşını oğurlayaraq, Azərbaycan Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Turk: "Şərq tərəfdaşlığı" prinsipləri yenidən nəzərdən keçirilməlidir”
"Şərq tərəfdaşlığı" ilə bağlı prinsiplər yenidən nəzərdən keçirilməlidir. Bu, Rusiyaya qarşı sədd kimi deyil, əməkdaşlıq kimi nəzərdən keçirilməlidir. Rusiya düşmən ölkə deyil, biz ona tərəfdaş kimi baxmalıyıq".
Millimiz Rusiya ilə eyni qrupda
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması martın 17-dən martın 27-ə qədər Rusiyanın Soçi şəhərində təşkil olunacaq "Kuban baharı" turnirində iştirak edəcək.
Rusiya azərbaycanlı qadını axtarışa verdi
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib.
Kiprdə partlayış
Kiprdə biznes mərkəzində partlayış olub. Hadisə Limasol şəhərində baş verib. Məlumata görə, partlayış yerli vaxtla saat 07:45-də olub.
Türkiyənin xaricdəki ilk böyük hərbi təlim düşərgəsinin açılışı olacaq
Türkiyənin Somalinin paytaxtı Moqadişoda inşa etdiyi hərbi təlim düşərgəsinin aprel ayında açılışı olacaq. Bu, Türkiyənin xarici ölkədəki ən böyük hərbi bazası olacaq.














