Rusiya azərbaycanlı qadını axtarışa verdi
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib.
17 Mart 2017 12:38 DünyaRusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Simat Babayeva 1992-ci ildə Azərbaycanın Bakı şəhərində doğulub. O, Rusiyada qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilir. Onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31