Gündəm

ABŞ-da çirkli pulların yuyulması ilə məşğul olan erməni mühakimə edilir

17 Mart 2017 12:22

ABŞ Federal məhkəməsi “Wells Fargo” bank şirkətinin meneceri Albert Yaqubyanı 1,66 milyon dollar məbləğində “çirkli” maliyyə vəsaitinin yuyulmasında mühakimə edir. ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb. İnformasiyaya əsasən, məhkəmənin qərarının mayın 22-də açıqlanacağı gözlənilir.

Ohanyan uduzsa, Babayan silahlı üsyan edəcək

17 Mart 2017 12:18

Ermənistanda parlament seçkiləri öncəsi vəziyyət kritik həddə çatıb. Deputat olmaq istəyən namizədlər bir-birilərini silahla hədələmkdən belə çəkinmirlər. Bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti məlumat yayıb. iddia edilir ki, seçkilərdən sonra "DQR-nın sabiq ordu komandanı" Samvel Babayan ölkədə silahlı üsyana hazırlaşır.

11 yaşlı uşaq hamilə qaldı - ölkənin ən gənc anasıdır

17 Mart 2017 12:17

Britaniyada 11 yaşlı uşaq hamilədir. O, statistikaya görə, hazırda İngiltərənin ən gənc anasıdır. Uşaq yaxın günlərdə ana olacaq. Ehtimallara görə, doğulacaq körpənin atası qızdan təxminən 1, 2 yaş böyükdür. Məsələnin detalları barədə məlumat və şəxslərin adları azyaşlı olduqlarına görə ictimaiyyətə açıqlanmır.

Frayberqa: “Azərbaycanın öz ərazisini qaytarmaq hüququ var”

17 Mart 2017 12:14

“Azərbaycan işğal və ərazilərinin bir hissəsini itirməkdən əziyyət çəkən bir ölkədir. Bu, digərlərinə nisbətən “dondurulmuş” münaqişədir. Zaman-zaman münaqişə zonasında gərginlik olanda dünya ictimaiyyəti həqiqətən narahatlıqla izləyir və ümid edir ki, bu münaqişə qaynar münaqişəyə çevrilməyəcək”.

Azərbaycan-Fransa əlaqələrində yeni mərhələ

17 Mart 2017 12:13

“Hər zaman təşəbbüsləri reallığa çevirən, regional və beynəlxalq miqyasda əməkdaşlığın yeni formatlarını yaradan Azərbaycan bu gün dünya dövlətlərinin, xüsusilə Avropanın maraq dairəsindədir. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi məkan, sahib olduğu təbii resurslar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət özünə olan marağı daha da artırır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya rəsmi səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar bir daha bu reallığı ortaya qoyur.” Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Prezidentinin Fransaya səfərinin yekunlarını şərh edərkən bildirib.

“Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” adlı konfrans keçiriləcək

17 Mart 2017 12:10

Martın 18-də Bakida “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” adlı konfrans keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, konfrans Azərbaycanda Atatürk Mərkəzində baş tutacaq. Konfransda Azərbaycanın media kapitanları, millət vəkilləri, QHT təmsilçiləri və ictimai fəal gənclər iştirak edəcək.

Binəqədidə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib  

17 Mart 2017 12:09

“İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib.

Dolların bahalaşması onun cəlbediciliyini daha da artırır

17 Mart 2017 12:07

“Bahalı dollar siyasəti ABŞ iqtisadiyyatına əlavə kapital axınını təmin edə biləcək ən yaxşı vasitələrdən biridir. Dünyanın ən dayanıqlı valyutası olan dolların bahalanması onun cəlbediciliyini daha da artırır”.

Bayram günlərində stansiyalarda konsert proqramı təşkil olunacaq

17 Mart 2017 12:07

Novruz bayramı münasibəti ilə «Bakı Metropoliteni» QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Konsert proqramı- “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası” və “Memar Əcəmi” stansiyalarında təşkil ediləcək.

Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”

17 Mart 2017 12:05

“Mən 1995-2005-ci illərdə Polşanın prezidenti olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə iştirak edirdim”. Bu sözləri Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib. O bildirib ki, Polşa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib: "Münaqişənin həlli ilə bağlı hansısa həllə və bu dramın sona çatdırılmasına nail olmağa çalışırdıq.

Qırğızıstanın sabiq baş naziri ölkəsinin EKO sammitində qətnaməyə imza atmamasına münasibət bildirib

17 Mart 2017 12:03

“Ekspromt şəkildə mən bu suala cavab verə bilmərəm. Amma ola bilər ki, elə məsələlər olub ki, orada olan insanlar onları öz üzərinə götürə və həll edə bilməyiblər”. Bunu Qırğızıstanın sabiq baş naziri Apas Jumaqulov ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad sammitində qəbul edilən qətnaməyə imza atmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

17 Mart 2017 12:02

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini qəbul edib. Bu barədə prezidentin mətbua

Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb

17 Mart 2017 12:01

Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 00:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Onun sözlərinə görə, aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, hələ də  ərizə verərək təsdiq etməyən insanlar kifayət qədərdir: “Belə ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb”.

Buyar Nişani: “Albaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir”

17 Mart 2017 11:59

“Albaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir”. Bunu Albaniya prezidenti Buyar Nişani deyib.  "Mən inanıram ki, beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında töhfəsini verməyə davam edəcək və işğal olunmuş ərazilər azad olunacaq. Münaqişənin ədalətli həllinin tapılacağına, bölgədəki insanların haqlarına hörmətlə yanaşılacağına ümid edirəm" – deyə, Albaniya prezidenti əlavə edib.

Eldəniz Səlimov: “Əfv sərəncamı hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır”

17 Mart 2017 11:56

“Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamını çox yüksək qiymətləndirirəm. Həmin sərəncamla böyük bir qrup məhbusun əfv edilməsi, azad olunması çox müsbət addımdır və bu, hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır”.