Gündəm

Cavanşir Feyziyevin kitabı qırğız dilində…

17 Mart 2017 11:57

Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı Qırğızstan Respublikasında qırğız dilində nəşr olunub. Kitab Bişkek şəhərində fəaliyyət göstərən “Turar” nəşriyyatı tərəfindən çapdan çıxıb. Azərbaycanda 2014-cü ildə işıq üzü görmüş monoqrafiya həm ölkədə, həm də qardaş türk respublikalarında ciddi maraq doğurub.

Novruz bayramına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı

17 Mart 2017 11:54

Martın 16-da "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Danışıqların növbəti raundunun vaxtı bəlli oldu

17 Mart 2017 11:47

“Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı qeydləri, Azərbaycanın mümkün hərbi eslakasiyasından yayınmağa və status-kvonu saxlamağa hesablanıb”.

14 qadın məhkum azadlığa qovuşdu

17 Mart 2017 11:46

4 saylı Cəzaçəkmə Müəssisəsində əfv fərmanının icrasına başlanılıb. Məlumata görə, müəssisədə əfv sərəncamı ilə bağlı təşkil olunan tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 423 nəfər əfv edilib. O, bildirib ki, onlardan 413 nəfər azadlığa buraxılıb: “2 nəfər ömürlük məhbusun isə cəzası müddətli cəza ilə əvəzlənib. Ötən il 200 nəfər əfv edilib.

I Yelizavetanın vəfatından sonra... ŞOK SİRRLƏR AÇILDI

17 Mart 2017 11:38

Bukengem sarayı Böyük Britaniyanın şahzadəsi II Yelizavetanın ölümündən əvvəl və sonra baş verəcəkləri planlı şəkildə hazırlayıb. Hətta bununla bağlı bir neçə mümkün variantlar belə işlənilib və onların hər biri olduqca əhəmiyyətli şəkildə qəbul edilib. Müvafiq sənədlər həm sarayda həm də ölkə hakimiyyətində mövcuddur. 

““Çörəkdaşıyan”ın ölümü Ermənistan tarixinin ən rüsvayedici səhifəsi kimi yadda qalacaq” PAŞİNYAN

17 Mart 2017 11:37

İrəvanın “Armeniya” səhiyyə mərkəzinin reanimasiyasında ötən ilin iyulunda baş vermiş “Sasna-Tsrer” hadisələrinin iştirakçısı, qiyamçılara çörək daşıyan Artur Sarqsyan ölüb. Bununla bağlı məlumat yayan 1.in.am saytına açıqlama verən müxalifətyönlü “Yelk” blokunun üzvü, deputat Nikol Paşinyan Ermənistan hakimiyyəti qarşısında tələblə çıxış edib.

Tillerson Ankaraya gedəcək Ərdoğan-Tramp görüşünə hazırlıq

17 Mart 2017 11:34

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ-ın xarici işlər naziri Reks Tillersonun 30 mart tarixində Türkiyəyə səfər edəcəyini deyib.  Çavuşoğlu “Habertürk” telekanalında qatıldığı proqramda gündəmi dəyərləndirərkən, bu barədə fikir bildirib. ABŞ-dan Türkiyəyə yaxın zamanlarda Amerika hökumətinin yüksək rütbəli nümayəndəsinin ziyarət edib-etməyəcəyi sualını cavablandıran Türkiyə XİN rəhbərinin sözlərinə görə, Tillerson martın 30-da bu ölkəyə səfər etmək istəyində olduğunu bildirib.

Avropa Birliyindən sürpriz Türkiyə AÇIQLAMASI - YOLA GƏLDİ

17 Mart 2017 11:31

AB-dən Türkiyəylə bağlı ikinci "mülayim" açıqlama gəlib. İlk açıqlamasında immiqrant razılaşmasına sədaqətlərini ifadə etmişdilər. İndi də "Türkiyəyə üzvlük zəmanəti verilməlidir" deyilib. Hollandiya ilə yaşanan olaydan sonra göstərilən rəftara qarşı Türkiyə bu müqaviləni nəzərdən keçirmək qərarı verib.

80 yaşlı məhkum da əfv edildi

17 Mart 2017 11:29

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən buraxılanlar arasında İsmayıllı hadisələrinə görə tutulan şəxs də var. Əfv sərəncamı Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində 14 məhkuma şamil edilib. Onlardan 1989-cu il təvəllüdlü Cəfərov Cəfər Pənah oğlu İsmayıllı hadisələrinə görə məhkum olunub.

Ailəsi 13 yaşlı qızlarının hamilə olduğunu xəstəxanada öyrəndi 

17 Mart 2017 11:28

Kirazın Örencik mahalında yaşayan Ayaydın ailəsinin 13 yaşlı qızının halı ötən həftə pisləşib. Ailəsi tərəfindən dövlət xəstəxanasına aparılan M.A-nın 8 aylıq hamilə olduğu bilinib. 

İlham Əliyev: "Azərbaycan üçün Heydər Əliyev xalqımızı baş verə biləcək bir çox faciəvi hadisələrdən xilas etmiş bir liderdir"

17 Mart 2017 11:26

Azərbaycan üçün Heydər Əliyev xalqımızı baş verə biləcək bir çox faciəvi hadisələrdən xilas etmiş bir liderdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə təşkil olunmuş ziyafətdə çıxışında deyib.