Gündəm
ADU-da Çin dili tədrisi üzrə master-klass təşkil edilib
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Bədii film çinşünas tələbələrin linqvokulturologiya hazırlığında vasitə kimi” mövzusunda Çin dili tədrisi üzrə master-klass keçirilib.
Ancelina Coli öz qardaşı ilə gizli sevgi yaşayırmış - ŞOK İDDİA
Aktrisa Ancelina Coli və Bred Pitin boşanma səbəbi haqda yeni versiya yayılıb. İlkin səbəb kimi Bredin uşaqlara, xüsusilə də Meddoksa qarşı sərt davranışı boşanmağa səbəb göstərilsə də, bu, həqiqət deyilmiş.
Ter-Petrosyan erməniləri qul adlandırdı və Qarabağı TƏLƏB ETDİ
Ermənistanın birinci prezidenti, “Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan erməni xalqını qul adlandırıb.
Acundan Azərbaycana növbəti HÖRMƏTSİZLİK - VİDEO
Acun Ilıcalının TV8 kanalında yayımlanan “Survivor 2017” yarışmasında iştirak edən Türkiyənin milli boksçusu Adəm Kılıççı “Sarı Gəlin” mahnısını oxuyub. Oyun iştirakçıları arasında keçirilən “Söylə Söyləyə bilirsən” yarışmasının final mərhələsində Adəm Azərbaycanın xalq mahnısı “Sarı gəlin”-i oxuyub. Boksçu Mustafa Sandal və həyat yoldaşı Əminə Sandal, Fatih Terimin qonaq olduğu musiqi gecəsində ikinci yeri tutub. Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” bu dəfə də anonim olaraq göstərilib.
Gəray Fərhadov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Gəray Fərhadovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Çindən XƏBƏRDARLIQ: “Trampın gözünün yaşına baxmarıq”
Çinin “Tək Çin” siyasəti yürüdən nüfuzlu “China Daily” rəsmi qəzeti ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib. Sözügedən qəzetdə Trampın ünvanına sərt fikirlər əks olunan məqalə dərc olunub.
İnşaat işçiləri "Əməkdar mühəndis" fəxri adı və tərəqqi medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev İnşaat işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
“Azərbaycan dili”ndən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub
Aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib. DİM-dən verilən məlumata görə, imtahanın nəticələri bu gün Mərkəzin internet saytında yerləşdirilib.
Akif Çovdarov və digərlərinin vəkilləri mətbuata açıqlama verməkdən imtina ediblər
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Darvazanı söküb aparanlar ələ keçib
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərdən birinin həyətinin darvazasını sökərək oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Ağaverdi Rəhimov, Asif Həsənov, Zamiq İslamov, Tariyel Sadıqov və Cavid Novruzov tutulublar.
Mobil operatorunun 8 ədəd dirəyini oğurlayan tutulub
Ərçivan qəsəbəsi ərazisində mobil operatorlardan birinə məxsus, hər birinin uzunluğu 6 metr olan 8 ədəd dəmir dirək oğurlanıb. DİN-dən verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ramil Əliyev tutulub. Araşdırma aparılır.
Soyğunçuluq edən “polis” saxlanıb
Aprelin 9-da saat 2 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində naməlum şəxs özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadının cibindəki 120 manatı soyğunçuluq yolu ilə alıb.
Sürücüdən 32 manat alan şəxs tutulub
Aprelin 9-da saat 3 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Zəka Salmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində əyləşən naməlum şəxs düşərkən sürücünün əlindəki 32 manat pulu açıq talama yolu ilə alıb.
Oğurluqla məşğul olan dəstə zərəsizləşdirlib
Xəzər rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 6-dək olan müddətdə rayon ərazisində 4 evdən ümumilikdə 8.000 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri tutulub. Onların Fail Hacıyev, Babək İbadov, Ziya Məcidov, Oruc İsmayılzadə və Mirhəsən Qayublu olduğu müəyyən edilib.
Deputatlarımız Türkiyədə referendumu izləyəcəklər
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu üşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər. Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər. Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər. Səfər aprelin 17-də başa çatacaq.













