Gündəm
Azərbaycan və Rusiya Voleybol Federasiyası rəhbərlərinin görüşü keçirilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Vladimiroviç Şevçenkonun başçılıq etdiyi numayəndə heyəti ilə görüş keçirilib.
Bakıda liftdə baş vermiş dəhşətli hadisənin TƏFƏRRÜATI
Aprelin 8-də Bakı şəhərinin Xətai rayonunda gənc oğlanın liftin şaxtasına yıxılaraq ölüməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. İlkin araşdırmalar zamanı məlum olub ki, 28 yaşlı Nurlan Həsənov binanın 11-ci mərtəbəsindən şaxtaya yıxılıb.
Meymunlarla yaşayan 8 yaşlı qız uşağı ilə bağlı ŞOK İDDİA
Keçən həftə yerli mətbuatda Uttar Pradeş ştatında polislərinin tapdığı və Katarniaqhat qoruq ərazisində meymunların bəslədiyi deyilən 8 yaşlı qız uşağının gerçək hekayəsinin daha fərqli ola biləcəyi iddiaları artmaqdadır.
Moskvaətrafı rayonda atışma olub, bir nəfər ölüb, ikisi yaralanıb
Moskva ətrafında yerləşən Domodedovo rayonunda yanacaqdoldurma məntəqəsi yaxınlığılnda baş verən atışma nəticəsində bir nəfər ölüb, ikisi yaralanıb.
“Qarabağa qanunsuz səfər edənlərə qarşı Azərbaycan qətiyyətli mövqeyini davam etdirəcək”
“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox vacib məsələlərə diqqət çəkib. Bunların arasında ölkədə iqtisadi islahatlarla bağlı olan məsələlər xüsusi yer alır”.
Millət vəkili: "İqtisadi inkişaf daha da sürətlənəcək"
“Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsiri aradan qaldırılıb. Azərbaycan iqtisadiyyatının inkişaf tepmini əks etdirəm statistikaya baxanda bunu açıq şəkildə görmək olur”. Bu fikirləri millət vəkili Azər Badamov deyib.
Doğduğu körpənin kimdən olduğunu bilməyən 3 uşaq anası onu vedrədə boğdu
Türkiyədə, İzmirin Karabağlar mahalında qeyri qanuni olaraq dünyaya gətirdiyi oğlan övladını vedrədə boğub öldürdüyü iddiasıyla mühakimə olunan 3 uşaq anası Nazire A. ömürlük həbs cəzasına məhkum edilib.
Zəngəzur Milli Parkının mühafizə işçilərinə yardımçı avadanlıqlar verilib
Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəklədiyi və AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun rəhbərliyi ilə həyata keçirilən “Qafqazda bəbir və onun qida obyektlərinin monitorinqi” beynəlxalq qrant layihəsi çərçivəsində akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşlarına avadanlıq və nəqliyyat vasitəsi verilib.
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyində
AMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar. Bölmə əməkdaşlarına bildirilib ki, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavid 1919–cu ilə qədər fasilələrlə bu evdə yaşayıb və əsərlərindən bir neçəsini burada qələmə alıb.
Ölkəmizi bütün risqlərdən qorumaq mümkün olacaq
“Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası hər zaman olduğu kimi, yenə də tarixi, əlamətdar və yaddaqalan bir iclas oldu.
Azərbaycanda məlumat azadlığı tam təmin olunur
Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, dümokratiyanın təməl prinsipləri olan bu üç məfhumun təmin olunması və inkişafı ilə əlaqədar ölkədə kifayət qədər işlər görülüb və hazirda da bu istiqamətdə fəaliyyət davam etməkdədir. Xüsusən, bu sahədə qəbul edilən qanunvericilik aktları ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən müsbət dəyərləndirilir.
Suriyada uşaqları zəhərləyən cəllad tapıldı
Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan "zarin"li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib. 87 dinc sakinin, o cümlədən onlarla uşağın əzabla ölmələrinə səbəb olmuş bu bombardmanı Suriya Hərbi-Hava Qüvvələrinin generalı Məhəmməd Haytam Həsuri gerçəkləşdirib.
AzTU-da Fransa ali məktəblərinin təqdimatı keçirilib
Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul işçisi Batist Minyo Azərbaycan Texniki Universitetində I kurs tələbələri ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Batist Minyo Fransa universitetlərində təhsilin keyfiyyəti, tədrisin istehsalatla birgə fəaliyyəti və təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib. Səfirliyin nümayəndəsi bildirib ki, Biznes və Menecment üzrə dünyanın ən yaxşı ali təhsil müəssisələrinin 25%-i Fransada yerləşir.
Ukraynada Azərbaycan şirkətlərinin qarşılaşdığları problemlər daim diqqət mərkəzindədir
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev “OLAYLAR”-a bildirib ki, onun ünvanına daxil olan və həmçinin ölkənin kütləvi- informasiya vasitələrində yayılan məlumatlara görə son vaxtlar Ukraynada Azərbaycan şirkətlərinə məxsus və yüklə dolu iritonajlı maşınların nəmalum şəxslər tərəfindən vaxtaşırı oğurlanması halları baş verəməkdədir.
Misir səfiri “Səfir saatı” klubunda
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunda Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib. Fonddan “Olaylar” – a bildirilib ki, görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisadiyyat, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment Universitetlərinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbələri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.














