Zəngəzur Milli Parkının mühafizə işçilərinə  yardımçı avadanlıqlar verilib

Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəklədiyi və AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun rəhbərliyi ilə həyata keçirilən “Qafqazda bəbir və onun qida obyektlərinin monitorinqi” beynəlxalq qrant layihəsi çərçivəsində akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşlarına avadanlıq və nəqliyyat vasitəsi verilib.

Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəklədiyi və AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun rəhbərliyi ilə həyata keçirilən "Qafqazda bəbir və onun qida obyektlərinin monitorinqi" beynəlxalq qrant layihəsi çərçivəsində akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşlarına avadanlıq və nəqliyyat vasitəsi verilib.

Naxçıvan Muxtar Respublikasında nadir növlərin mühafizəsi işinə dəstək məqsədi ilə sözügedən fonddan udulan layihə çərçivəsində WWF-in Azərbaycan Nümayəndəliyi, Bioresurslar İnstitutu, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılan Zəngəzur Milli Parkının ehtiyaclarının qiymətləndirilməsi sorğusunun nəticəsinə görə Parkının Boyəhməd ofisində mühafizə işçilərinə bu günlərdə 10 ədəd ilk yardım dəsti, 10 ədəd cib fonarları, 5 ədəd bel çantası, 3 ədəd yəhərlə birlikdə at, 3 ədəd GPS cihazı, 4 ədəd binokl və 1 ədəd Niva avtimobili təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31