AMEA Naxçıvan Bölməsinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyində
AMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar. Bölmə əməkdaşlarına bildirilib ki, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavid 1919–cu ilə qədər fasilələrlə bu evdə yaşayıb və əsərlərindən bir neçəsini burada qələmə alıb.
10 Aprel 2017 16:59 SosialAMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar. Bölmə əməkdaşlarına bildirilib ki, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavid 1919-cu ilə qədər fasilələrlə bu evdə yaşayıb və əsərlərindən bir neçəsini burada qələmə alıb.
Muzeydə Cavid tədqiqatçıları tərəfindən yazılan əsərlərdən danışılıb. Vurğulanıb ki, bu əsərlər vastəsilə ədibin irsi daha dərindən öyrənilir və muzeyə gələn ziyarətçilərə hərtərəfli təbliğ olunur.