Çindən XƏBƏRDARLIQ: “Trampın gözünün yaşına baxmarıq”
Çinin “Tək Çin” siyasəti yürüdən nüfuzlu “China Daily” rəsmi qəzeti ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib. Sözügedən qəzetdə Trampın ünvanına sərt fikirlər əks olunan məqalə dərc olunub.
10 Aprel 2017 18:16 DünyaÇinin "Tək Çin" siyasəti yürüdən nüfuzlu "China Daily" rəsmi qəzeti ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib. Sözügedən qəzetdə Trampın ünvanına sərt fikirlər əks olunan məqalə dərc olunub. "Donald Tramp axmaq kimi danışır" adlanan məqalədə qeyd olunur ki, Çin hökuməti Donald Trampa qarşı amansız siyasət yürütməlidir: "Donald Tramp Tayvan üzərindən Çini təhdid edən siyasət yürütməyə başlayıb. Əgər bu cür davam edərsə, o zaman Çinin Trampa qarşı amansız olmaqdan savayı çarəsi yoxdur. Trampın gözünün yaşına baxmarıq. ABŞ-ın Çinə qarşı bu oyununda Tayvan da qurban gedər".
Xatırladaq ki, Donald Tramp bu il yanvarın 20-də "Wall Street Journal" jurnalına müsahibəsində Çinin "Tək Çin" siyasətini dəyişdirəcəyini söyləməsi rəsmi Pekinin ciddi etirazına səbəb olub. Publika.az xarici mediaya istinadən xəbər verir.