Deputatlarımız Türkiyədə referendumu izləyəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat  Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu  üşahidə etmək üçün  aprelin 13-də  Ankaraya  səfərə gedəcəklər. Milli Məclisin mətbuat xidmətindən  verilən xəbərə görə, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər. Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər. Səfər aprelin 17-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31