Ter-Petrosyan erməniləri qul adlandırdı və Qarabağı TƏLƏB ETDİ
Ermənistanın birinci prezidenti, “Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan erməni xalqını qul adlandırıb.
10 Aprel 2017 18:30 DünyaErmənistanın birinci prezidenti, "Erməni milli konqresi"nin lideri Levon Ter-Petrosyan erməni xalqını qul adlandırıb. Petrosyan aprelinə 2-də keçirilən parlament seçkiləri haqda danışarkən, xalqın pis vəziyyətdə olduğunu bildirib: "Seçkiyə hakimiyyətlə yanaşı, kasıblaşmış xalq da böyük təsir göstərdi. Ölkə tamamilə korlanıb, idarəçilik vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının, sahibkar-inhisarçıların və kriminal avtoritetlərin əlindədir. Qul statusuna məhkum etmiş xalqın taleyi onların əlindədir. Qullar çörək arzulayır, onların ayaqyalın uşaqları var. Bundan başqa, borcları var. Hətta onlar pulu götürməsələr belə, məcburi ciblərinə soxacaqlar: birini orduda xidmət edən oğlu ilə, o birini ali məktəbə gedən övladı ilə, başqa birini işsiz qalmaqla hədələyəcəklər və s. Şübhəsiz ki, kim pulu götürərək, səs verdi, onlar bunu öz nəfislərinə görə yox, təzyiqdən qaçmaq üçün etdilər. Buna görə seçkinin nəticələrinə görə xalqı ittiham etmək olmaz, əksinə, xalqı bu qədər alçaldan hakimiyyəti tənqid etmək lazımdır".
Ter-Petrosyan hesab edir ki, Ermənistanda orta sinif məhv edilib: "Demokratik ölkələrdə seçkiləri taleyini nə dövlət maşını, nə də zəngin təbəqə müəyyən edir. Bu məsələni həll edən orta təbəqədir. Təkrar edirəm, söhbət demokratik ölkələrdən gedir, Ermənistan kimi diktatura rejimlərindən yox".
Petrosyan yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub və əvvəlki təkliflərini səsləndirib.
"Hazırda danışıqlar masasında olan variant ən yaxşı təklifdir. Ərazilərin qaytarılması və təhlükəsizliyin təmin edilməsi lazımdır. Vaxt keçdikcə, bu, bizim ziyanımıza işləyir", - deyə o bildirib. Publika.az Ermənistan mediasına istinadən xəbər verir.