Gündəm

Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır

17 Aprel 2017 13:38

Ötən həftə Milli Məclis uzun müddətdən bəri müzakirəsi gözləniləın ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul etdi. Müzakirələr zamanı deputatlar bir sıra maraqlı təkliflərlə də çıxış etdilər. Milli Məclisin iqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyevin çıxışı da diqqət çəkdi. Lakin deputatın plenar iclas zamanı tütünçülüklə əlaqədar çıxışından sonra bəzi KİV-lərdə, saytlarda anlaşılmazlıq yaradan fikirlər yayılır, millət vəkilinin çıxışı qeyri obyektiv və təhrif olunmuş qaydada cəmiyyətə çatdırıllır.

QHT-lərdən Maliyyə Bazarlarına Nəzarət Palatasına etiraz

17 Aprel 2017 13:34

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu günlərdə atmış olduğu addım vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən ciddi etirazla qarşılanıb. Məlumata görə, Palata 4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası ərazsində fəaliyyət göstərən bütün banklara göstəriş verib ki, “nəğdsiz hesablaşmalar haqqında” qanunun III, IV maddəsinə əsasən hər hansı limit tətbiq etmədən bütün əməliyyatlar nəğdsiz qaydada aparılsın. Palatanın bu göstərişi ona görə vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən etirazla qarşılanıb ki, artıq QHT-lər də banklardan onlara layihələrini reallaşdırmaq üün ayrılan qrantları nəğd şəkildə götürə bilməyəcəklər. Məlumat üçün qeyd edək ki, yeni qayda ümumilikdə Azərbaycan Respublikası ərazisində bank hesabı olan bütün hüquqi və fiziki şəxslərə aid edilir.

Türk xalqı konstitusiya dəyişikliyinə “HƏ” dedi

17 Aprel 2017 13:30

Türkiyə daha bir sinaqdan uğurla çıxdı. Bir neçə ay davam edən gərgin təbliğat və təşviqat mərhələsi aprelin 16-da öz sözünü dedi. Baxmayaraq ki, Türkiyənin Ana Yasaya ümumxalq səsverməsi ilə edəcəyi dəyişikliklərə ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası ilə yanaşı, qardaş ölkənin inkişafını, uğurunu istəməyən bəzi Avropa ölkələri, xüsusilə Niderland Krallığı və Almaniya da ciddi cəhdlə qarşı çıxırdı, amma bütün bunlara rəğmən türk xalqı ötən gün öz layiqli seçimi ilə antiTürkiyə qüvvələrinə öz layiqli sözünü demiş oldu. Türkiyə Yüksək Seçim Kurulunun açıqladığı məlumata görə, ilkin nəticələrə əsasən16 aprel referendumunda 51,4 faiz seçici konstitusiya dəyişikliyinin lehinə, 48,6 faiz isə Ana Yasa dəyişikliyinin əleyhinə səs verib. Beləliklə, Konstitusiyaya edilməsi nəzər tutulan dəyişikliklər Türk xalqı tərəfindən dəstək qazanıb. Ancaq onu da qeyd etmək lazımdır ki, referendumun nəticələri əsas etibarilə PKK-nin siyasi qanadı sayılan HDP-də dərin xəyan qırıqlığı yaradıb. Türkiyədə baş tutan 16 aprel referendumu Azərbaycanda da diqqətlə izlənilib və nəticələr ölkədə məmnunluqla qarşılanıb.

İranla hərbi əməkdaşlıq nə vəd edir?

17 Aprel 2017 13:22

İranla Azərbaycan arasında münasibətlər şimal və cənub küləyinə xas olaraq dəyişkəndir. Bir qayda olaraq rəsmi Bakı qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirərək Tehranla əlaqələri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prinsipindən çıxış etsə də, zaman-zaman İslam Respublikasından nümayiş etdirilən və adekvat olmayan münasibət Bakını da bəzən öz siyasətinə yenidən nəzər salmaq məcburiyyətində qoyur. Buna misal olaraq Tehranın işğslçı Ermənistanla quruduğu əlaqələri göstərmək olar. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri Azərbaycanda haqlı narazılıq yaratsa da, lakin dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl İslam Respublikasına səfəri bir növ Tehran-Bakı incikliyini aradan qaldırmış oldu və ikitərəfli əlaqələr yeni bir mərhələyə qədəm qoydu.

Elçin Hüseynbəyli yazır... Ağac kəsənlər, ömür kəsənlər...

17 Aprel 2017 13:19

“Hər bir kəs ömründə bir ağac əkməlidir...” Bu məşhur bir deyimdir.Əsuslar olsun ki, elə adam var ki, ömründə nəinki bir ağac əkir, əksinə onlara qənim kəsilir və barmağının bir işarəsilə onlarla ağac birdən məhv edilir. Uzun illərdir ik, bu hadisələr gözümüzün qarşısında baş verir və yalnız dövlət başçısı işə qarışandan sonra belə qanunsuz halların qarşısı alınır.

Prezident İlham Əliyev: "2017-ci il Azərbaycan üçün çox uğurlu il olacaq"

17 Aprel 2017 13:11

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev cari ilin birinci rübündə ölkəmizdə əldə edilən uğurlara toxunaraq deyib: "Bu ilin göstəriciləri çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib".

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz səkkizinci cildi çapdan çıxıb

17 Aprel 2017 13:08

"Mən həmişə demişəm ki, Qafqaz vahid bir orqanizmdir. Şimali Qafqazda, Cənubi Qafqazda baş verən proseslərlə sıx bağlıdır. Biz hamımız çalışmalıyıq ki, bölgəmizdə, bu gözəl Qafqaz bölgəsində sülh, əmin-amanlıq, tərəqqi təmin edilsin, insanlar sülh, rifah şəraitində yaşasınlar və ölkələrimiz inkişaf etsin, çiçəklənsin. Biz buna ancaq birlikdə nail ola bilərik. Birgə səylərimizlə, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında, bir-birimizə kömək etməklə biz buna nail ola bilərik. Azərbaycan öz tərəfindən bu istiqamətdə üzərinə düşən vəzifələri ləyaqətlə icra edir".

Prezident İlham Əliyev: "Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib"

17 Aprel 2017 13:05

Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. Bu fikirləri Prezident İlham Əliyev bu fikirləri qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

"Qarabağ klanı"na zərbə: ermənilər Azərbaycanı dəstəklədi

17 Aprel 2017 13:03

Beynəlxalq mahnı müsabiqəsi "Eurovision"un Ermənistan üzrə rəsmi fan klubu  (OGAE) səs nəticələrini açıqlayıb. Səs nəticələrinə əsasən, erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.

Refik Turan: "Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqaza sülh gətirəcək"

17 Aprel 2017 13:00

"Qafqaz  ən gözəl,  qədim tarixə malik, türklərin etibar etdiyi ən böyük regiondur". Bunu Türk Tarix Qurumunun sədri professor Refik Turan Bakıda keçirilən Qafqazşünasların I Beynəlxalq Forumunda çıxış edərkən deyib.

Akif Əlizadə: "Qafqazşünaslar Erməni təcavüzü ilə bağlı həqiqətləri araşdırmalıdırlar"

17 Aprel 2017 12:59

"Bildiyiniz kimi Ermənistan bütün beynəlxalq hüquq normalarına pozaraq ölkəmizin 20 faizini işğal edib. 1 milyondan artıq insan qaçqın məcburi köçkün düşüb.  Ermənistanın Azərbaycana qarşı təcavüzün dünyaya çatdırılmasında və bu işğala son qoyulmasında alimlər böyük rol oynaya bilər".

Partlayış bank binasını dağıtdı

17 Aprel 2017 12:52

Fransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış "Société Générale" bankının ofisinin binasını dağıdıb.

Ailəsi tərəfindən diri-diri basdırılan uşağın möcüzəvi qurtuluşu

17 Aprel 2017 12:47

Çində ailəsi tərəfindən diri-diri basdırılan körpə 8 gün ərzində torpağın altında möcüzəvi bir şəkildə həyatda qalıb. Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, körpənin kiçik karton qutu içində torpağın altında 8 gün ac, hətta susuz yaşaya bilməsi möcüzə olub. Uşağın susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən az miqdarda yağış suları olub.

Prezident İlham Əliyev: "Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir"

17 Aprel 2017 12:41

"Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir. Sahibkarlar üçün Yevlax rayonundakı Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir".

Miqrant faciəsi davam edir: hər gün boğulurlar - VİDEO 

17 Aprel 2017 12:39

Almaniyadakı "Jugend Rettet" qeyri-hökumət təşkilatına məxsus "Luventa" gəmisi Aralıq dənizidə batmaq təhlükəsi ilə üzləşib. Yaxın Şərq və Şimali Afrikadan olan miqrantları Aralıq dənizində ölümdən xilas etmək üçün onları qəbul edən gəminin yükü həddən ziyadədir. Gəmidəki miqrantların çoxluğu onu batıra bilər.