Gündəm
“Bəzi özlərinə mömin deyən şəxslər var ki, ağızlarını lənətlə açır
“Bəzi özlərinə mömin deyən şəxslər var ki, ağızlarını lənətlə açır, bəd dua edir, qəlbləri digər insanlara qarşı qəzəblə dolu olur. Allah Rəsulu (ona və ailəsinə salam olsun) isə buyurur ki, mömin lənət etməz, insanlara qarşı qəzəbli olmaz”.
Azərbaycan diaspor təşkilatı AP-də lobbi qurumu kimi qeydiyyatdan keçdi
Dünya Azərbaycanlıları Assambleyası aprelin 17-də rəsmi olaraq Avropa İttifaqı və Avropa Parlamentində lobbi qurumu olaraq qeydiyyatdan keçib. Assambleyadan “OLAYLAR”-a bildirilib ki, bununla artıq DAA-nın bu mötəbər qurumların rəsmi dairələrinə və rəhbərliyinə, Avropa parlamenti üzvlərinə, komitə rəhbərlərinə birbaşa çıxış imkanı yaranıb. Təşkilatdan bildirilib ki, Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq qeyri hökumət təşkilatı olaraq xalqımızı, dövlətimizi beynəlxalq miqyasda layiqli təmsil etməyə davam edəcək.
Fikrət Əliyev anılacaq
Aprelin 19 – da Dövlət Film Fondunda filmoqrafiyasında 30-a yaxın filmləri olan kinorejissor Fikrət Əliyevin xatirə gecəsi keçirilirəcək. Fonddan “Olaylar” – a bildirilib ki, kinorejissor filmərində həmişə, müasrlərinin həyatıdan, onların cəmiyyətdəki rolundan, ətraf mühitə olan münasibətindən bəhs edib. Fikrət Əliyevin rejissor kimi debüt işi “Ömrün səhifələri” kinoalamanaxına daxil olan “Baladadaşın məhəbbəti” novellasıdır. Böyük kinoda ilk müstəqil işi isə yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkdiyi “Qızıl uçurum” filmidir. Film povestin ikinci ekran variantıdır.
Böyük Britaniyada Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkarlanıb
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan tariximizə dair sənədlərin ölkəmizə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.
Hemofiliyalı xəstələrə dövlət qayğısı
Aprelin 17 – də M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hemofiliya xəstəliyi ilə mübarizə sahəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə, müvafiq dövlət proqramının icrasına həsr edilmiş tədbir keçirilib.Nazirlikdən “Olaylar” – a bildirilib ki, tədbirdə qey olunub ki, müvafiq dövlət proqramı çərçivəsində xəstəliyə dücar olmuş insanlara tamamilə pulsuz dərman vasitələri təqdim edilir, müalicə işi aparılır.
Hindistan vətəndaşı Azərbaycana İrandan narkotik vasitə keçirmək istədi
Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılığının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Hindistan Respublikasının vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.
3000 ədəd siqaret aşkar edilib
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində döşəmənin altından gömrük nəzarətindən gizlədilən 3000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Yunus Oğuz Türkiyə səfirini təbrik edib
Yazıçı-publisist, “Olaylar” qəzeti və eyni adlı xəbər agentliyinin baş redaktoru Yunus Oğuz Türkiyə Respublikasının Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin – referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə bu ölknin Azərbaycandakı səfirini Erkan Özoralı təbrik edib.
Bred Pitt və Ancelina Coli arasında yeni qalmaqal: "Qızım ölə bilərdi"
Boşanma ərəfəsində bir-birlərinə qarşı sərt olan, son zamanlar isə bir qədər yaxınlaşan Ancelina Coli və Bred Pittin münasibəti yenidən pisləşə bilər. Bu barədə "Radaronline" yazıb. Bunun səbəbi isə cütlüyün əkizləri Vivienne və Knoksun başına gələnlərdir. Belə ki, hazırda Colinin himayəsində olan uşaqlar dayələri ilə park gəzintisinə çıxıblar. Bu gəzinti zamanı Vivienne kiçik qəza keçirib. O, yıxılaraq başını dəmir barmaqlıqlara çırpıb. Ətrafdakılar hadisəni görərək köməyə qaçıblar. Alnından yaralanan uşaq 10 dəqiqə boyunca yerindən qalxa bilməyib.
ABŞ Suriyaya desant göndərib - Məxfi əməliyyat
ABŞ-ın rəhbərliyi etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında desant qoşunları yerləşdirib. Şahidlərin sözlərinə görə, hərbi əməliyyat İŞİD-in nəzarətində olan şəhərin şərq hissəsində həyata keçirilib. Desantlar əraziyə "Apache" helikopterləri ilə gətirilib.
"Brilliantı gösərib qayıdanda nazirliyin binasına aprıblar" - "MTN işi"
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Azərbaycanla Rusiya arasında dövlət sərhədi keçməsi qaydasının təlimatı imzalanıb
13-17 aprel tarixlərində Bakıda Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası keçirilib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik ediblər.
Azərbaycan Prezidenti: "Bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır"
Bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Bunu Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində giriş nitqində deyib.
Prezident: "Azərbaycanda qeyri-neft ixracı ilə bağlı atılmış addımlar öz gözəl nəticələrini verir"
Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Bu fikirləri Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində söyləyib.
Avtomobil bazarında passivlik hökm sürür
Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisdi və maliyyə bazarlarında müşahidə edilən mənfi tendensiyanın arzuedilməz nəticələri günümüzdə də özünü göstərməkdədir. Belə ki, atılan adekvat addımlar və antiböhran tədbirlərinə rəğmən Azərbaycan iqtisadiyyatı da neft böhranının mənfi təsirini özündə minimum səviyyədə hiss edir. Məlum proseslər başlayan ərəfədə ən ciddi problemlərin yaşandığı sahələrdən biri də avtomobil bazarı oldu.














