Gündəm
Sabiq nazir Birinci vitse-prezidentə müraciət etdi
Erməni təxribat maşınının uzun illər Azərbaycana qarşı apardığı mübarizənin neytrallaşdırılması, onun zərərsizləşdirilməsi istiqamətində görülən işlər təqdirəlayiq olsa da, lakin bu istiqamətdə hələ də problemlər qalmaqdadır və zaman-zaman erməni yalanları ilə yenidən üz-üzə qalırıq.
Maliyyə əməliyyatı ilə bağlı qərar hüquqi şəxslərin fəaliyyətində problem yaradıb?
Maliyə Bazarına Nəzarət Palatasının (MBNP) təşəbbüsü ilə bank hesabı olan istənilən qurumun maliyyə əməliyyatını ancaq bank köçürmə yolu ilə həyata keçirmə qərarı ciddi etiraza səbəb olub. Yalnız köçürmə yolu ilə fəaliyyət göstərmək hüquqi şəxsləri, xüsusın qeyri-hökumət təşkilatlarını razı salmayıb. Məsələnin ciddiliyi o həddə çatıb ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası prosesə müdaxilə etmək məcburiyyətində qalıb.
Keyfiyyətsiz tikililər insan ölümünü qaçılmaz edir
Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf dinamikası imkan verir ki, estetik görünüşə malik, paytaxt Bakıya əlavə yaraşıq verən, eləcə də müasir standartlara uyğun olan yeni binalar inşaa edilsin. İnsafən deməliyik ki, artıq xeyli müddətdir ki, respublikada sözün həqiqi mənasında tikinti bumu yaşamaqdadır.
Hava yağmursuz olacaq
Aprelin 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.
Türkiyə yeni gündə ayıldı
Türkiyəni benəlxalq siyasətdə təcrid etmək, Ankaranı Avropa ilə yanaşı, Asiyadakı proseslərdən də uzaqlaşdırmaq, ən əsası - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini zəiflətmək və yeni dövlət çevrilişinə rəvac yaratmaq istəyənlərin ümidləri tükəndi.
Bu il doğulan körpələrdən 424-ü əkizdir - Demoqrafik vəziyyət açıqlandı
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olmuşdur.
Bakıda yol qəzasında yanaraq ölən şəxs "MTN işi"ndə zərərçəkən imiş
Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxsin kimliyi məlum olub. Həmin şəxs Quliyev Gülağa Məhərrəm oğludur. G.Quliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biridir.
Prezident İlham Əliyev: ""Made in Azerbaijan" brendi artıq dünyada şöhrət qazanır"
Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev "Made in Azerbaijan" brendinin dünyada tanıtdırılması üçün praktiki addımlar atıldığını, artıq bu brendin bu gün dünyada şöhrət qazandığını bildirib.
Ekspert: “Ermənistanın mövcudluğu sual altındadır"
“Ermənistanda həm iqtisadi, həm də hərbi böhran dərinləşib. 2014-cü ilin avqust ayında onların diversiya qrupları darmadağın edildi, ardınca cəbhə bölgəsində helikopterləri vuruldu. 2016-cı ilin aprelində isə ermənilər çox pis məğlubiyyətə uğradılar. Ohanyan xətti 40 dəqiqədə alt-üstü oldu. Seyran Ohanyan başqa olmaqla 10-a qədər general istefaya göndərildi. Ermənistan ordusunda hələ belə hal olmamışdı.Ermənistanın Müdafiə Nazirliyinin sistemi bütünlükdə dəyişildi. Bundan sonra orada vəziyyət daha da gərginləşdi”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli deyib.
Əkbər Qoşalı: “Haqq bizim tərəfimizdədir, biz qalib gələcəyik”
“Sabotajla məşğul olmaq “Ermənistan” adlanan “dövlət”in xarakteridir. Əslində “sabotaj”la, “Ermənistan”la gül kimi “xarakter” sözünü yanaşı işlətmək özü də düzgün deyil bəlkə. Amma necə deyərlər, sözün gəlişi belə deyirik”. Bunu Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.
Roin Metreveli: "Qafqazşünasların Forumu əlaqələri daha da möhkəmləndirəcək"
"Qafqaz bütün dövrlərdə diqqət cəlb etməklə yanaşı, Şərq ilə Qərb arasında həmişə mühüm körpü rolunu oynayıb".
Milli Mədəniyyət günü
Mədəniyyət və Turizm Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Milli Mədəniyyət gününə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova, həmin akademiyanın əməkdaşı, milli musiqi alətlərinin bərpaçısı, usta Musa Yaqubov, Azərbaycan Milli Konservatoriyasının müəllimi Mərkəz Əliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə qədim musiqi alətləri olan yaylı qopuz, ərğənun, qoşaqol kamança, çanaq kamança, ay-ulduz kamança və bir neçə qədim musiqi alətləri haqqında çıxış edərək, gələn qonaqları qədim musiqi alətlərimiz ilə yaxından tanış ediblər.
Çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Binəqədi rayonunda ümumrayon iməcliyi keçirilib
Binəqədi rayonunda ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları, ümumrayon iməcliyi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları və s. iştirak edib.
Pirallahı körpüsünün yanaşma yollarının yenidən qurulması yekunlaşır
Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hazırda körpünün girişinə qədər olan yanaşma yolunda asfalt örtüyünün alt qatının salınması işləri aparılır. Yaxın günlərdə yol geyiminin sonuncu asfalt qatının döşənməsinə başlanılacaq.














