Pirallahı körpüsünün yanaşma yollarının yenidən qurulması yekunlaşır
Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hazırda körpünün girişinə qədər olan yanaşma yolunda asfalt örtüyünün alt qatının salınması işləri aparılır. Yaxın günlərdə yol geyiminin sonuncu asfalt qatının döşənməsinə başlanılacaq.
17 Aprel 2017 14:32 SosialQala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, hazırda körpünün girişinə qədər olan yanaşma yolunda asfalt örtüyünün alt qatının salınması işləri aparılır. Yaxın günlərdə yol geyiminin sonuncu asfalt qatının döşənməsinə başlanılacaq. Ümumilikdə isə 19 min kv.m ərziyə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün salınması nəzərdə tutulub. Asfalt-beton örtüyünün salınması işlərinə başlanmamışdan öncə aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində yeni yol yatağı inşa olunub. Tikinti işlərinə uyğun olaraq ikinci qat asfalt örtüyü də salınandan sonra yolda zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılacaq, xətlənmə işləri aparılacaq.
Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən və uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni isə 12 metr olan, Pirallahı adasını sahillə birləşdirən körpü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq tikilib.