Milli Mədəniyyət günü

Mədəniyyət və Turizm Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Milli Mədəniyyət gününə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova, həmin akademiyanın əməkdaşı, milli musiqi alətlərinin bərpaçısı, usta Musa Yaqubov, Azərbaycan Milli Konservatoriyasının müəllimi Mərkəz Əliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə qədim musiqi alətləri olan yaylı qopuz, ərğənun, qoşaqol kamança, çanaq kamança, ay-ulduz kamança və bir neçə qədim musiqi alətləri haqqında çıxış edərək, gələn qonaqları qədim musiqi alətlərimiz ilə yaxından tanış ediblər.

Mədəniyyət və Turizm Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Milli Mədəniyyət gününə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən "Olaylar" - a bildirilib ki, "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova, həmin akademiyanın əməkdaşı, milli musiqi alətlərinin bərpaçısı, usta Musa Yaqubov, Azərbaycan Milli Konservatoriyasının müəllimi Mərkəz Əliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə qədim musiqi alətləri olan yaylı qopuz, ərğənun, qoşaqol kamança, çanaq kamança, ay-ulduz kamança və bir neçə qədim musiqi alətləri haqqında çıxış edərək, gələn qonaqları qədim musiqi alətlərimiz ilə yaxından tanış ediblər.

Tədbirdə qədim musiqi alətlərində musiqilər səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31