Gündəm
Təhsil naziri cənub zonasında vətəndaşları qəbul edib
Təhsil naziri Mikayıl Cabbarov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Elmar Məmmədyarov Maltaya səfər edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfərə gedib. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, üçgünlük səfər zamanı Azərbaycan XİN başçısı maltalı həmkarı Corc Vella, Malta prezidenti Mari-Luiz Koleyro Preka ilə danışıqlar aparacaq. Səfər çərçivəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.
Nardaran hadisələri ilə bağlı məhkəmədə DİN əməkdaşları ifadə verib
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Komissiya üzvü: "Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"
Bakının Yasamal rayonundakı Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün yaradılmış xüsusi komissiya məsciddə olub, məscidə gələn möminlərlə görüş keçirib. Bu barədə xüsusi komissiyanın üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Süni qiymət artımının qarşısını almaq niyə mümkün olmur?
Ölkədə həyata keçirilən anti-inhisar tədbirlərinə baxmayaraq süni qiymət artımının qarşısını almaq mümkün olmayıb. Müvafiq üuürmlar tərəfindən aparılan monitorinqlər deməyə əsas verir ki, baş verən qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Nəticə ondan ibarətdir ki, ölkədə qiymət artımı süni şəkildə baş verir. Məhz bu səbəbdən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir.
Prezidentin köməkçisi: “Şirkətlərin saytları qeyri-işləkdir”
Yevlaxda keçirilən “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub. İş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.
Davutoğlunun referendum açıqlaması
Türkiyənin keçmiş baş naziri Əhmət Davutoğlu ötən gün keçirilən referendumun nəticəsi ilə bağlı fikrini twitterhesabı ilə bildirib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, keçmiş nazir sosial şəbəkə hesabından “Milletimiz ən doğru qərarı verdi. Referndumun nəticəsi ölkəmiz və millətimiz üçün xeyirli olsun” cümlələrini paylaşıb.
Rusiyanın və Türkiyənin elmi mərkəzləri arasında sənədlər imzalanıb
Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli elmi əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
Nazir: “121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq”
"Azərtoxum" ASC ölkədə toxumçuluğun təchizatında çox mühüm rol oynayan şirkətdir. Bizim maddi-texniki bazamız imkan verir ki, 30 min hektar ərazidə səpin işləri aparaq". Bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə şirkətin ictaçı direktoru Məzahir Qasımov deyib.
Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib
“Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səsləndirib.
Müdafiə naziri İranın İslam Şurası Məclisinin sədri ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov İrana rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Bakı - 2017: "Xəzərdən başlayan səyahət" Horadizə yetişdi
Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu ötən gün Horadizə yetişib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.
Prezidentin köməkçisi: "Dəmir yolu ilə daxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var”
Sahibkarların üzləşdiyi əsas problemlərdən biri dəmir yolları vasitəsilə daşınma ilə əlaqədardır. "Azərbaycan Dəmir Yolları" QSC-nin parkı çox köhnəlib. Buna görə, xammalın ixracı zamanı şirkətlər problemlərlə üzləşir.
Azərbaycan Ordusunun hərbi təlimləri ermənilərə sarsıdıcı zərbə vura biləcək mesajdır
Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun passivliyi, münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmaması regionda gərginliyin artmasına gətirib çıxarır. Ermənistan hakimiyyətinin danışıqlar prosesindən yayınması, bu azmış kimi aqressiya və təhdid nümayiş etdirməsi Qarabağda növbəti hərbi əməliyyatları qaçılmaz edir. Bu günlərdə işğalçı ölkənin zəbt etdiyi Azərbaycanın Ağdam rayonu ərazisində hərbi təlimlər keçirməsi də bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, Ermənistanın təhdid xarakterli addımına qarşı Azərbaycan tərəfi də qarşılıq verib. Xəbərlərdən də aydın olduğu kimi aprelin 16-dan Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bir neçə gün davam edəcək hərbi təlimlərə 30 min şəxsi heyət cəlb edilib.
Qanun pozuntusuna yol verən qurumlar niyə sərt cəzalandırılmır?
Hesablama Palatasının parlamentə təqdim etdiyi son hesabatı məzmun baxımından bir sıra yeniliklərlə müşahidə olunsa da bəzi qurumlarda eyni nöqsanın illərlə davam etməsi də açıq şəkildə sezilirdi. Belə ki, sənəddə göstərilən bəzi qurumların nöqsanları illərlədir ki, hesabata salınsa onların aradan qaldırılması müşkül məsələyə çevrilib. Millət vəkilləri belə vəziyyətin illərlə davam etməsinə səbəb kimi HP tərəfindən görülən tədbirlərin kifayət qədər sərt olmamasını göstəriblər.













