Gündəm

15 yaşlı manyakın qandonduran cinayətləri: 8 qadını meşədə...

17 Aprel 2017 16:16

Rusiyanın İrkutsk ərazisində 15 yaşlı məktəbli barəsində hökm çıxardılıb. Qadınları zorlayaraq öldürən yeniyetmənin qan donduran qətlləri hamını şoka salıb. Keçirilmiş ekspertiza ittiham edilən yeniyetmənin psixi problemləri olduğunu təsdiq etsə də, ona hökm oxunub. Məktəbli bu günə qədər 8 müxtəlif yaş qrupundan olan qadınları öncə zorlayıb, sonra qətlə yetirib. Yeniyetmənin törətdiyi cinayətlər nəzərə alınaraq ona, 6 il müddətinə islahedici koloniyada cəza çəkəcəyi bildirilib.

Toy gecəsi sevdiyi oğlana qoşulub qaçan GƏLİN TAPILDI - YENİLƏNİB

17 Aprel 2017 16:12

İmişli rayonunda toydan sonra yoxa çıxan gəlin tapılıb. Bu barədə İmişli rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə aprelin 15-də gecə saatlarında baş verib. Rayonun Qaradonlu kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərli Nazxanım Kazım qızı toyundan sonra yoxa çıxıb.

Cari ilin dövlət büdcəsinə yenidən baxılacaq

17 Aprel 2017 16:09

"2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi may ayında Milli Məclisdə müzakirə olunacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  deyib.

Üç ayda 2422 boşanma halı qeydə alınıb

17 Aprel 2017 16:07

Azərbaycanda bu il ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Metroda cibgir saxlanıb

17 Aprel 2017 16:04

Bakı Metropoliteninin “28 May” stansiyasının platformasında Sumqayıt sakini olan  qadın sərnişinin çantasından oğurluq edən şəxs yaxalanıb. “Olaylar” xəbər verir ki,  Metropolitendə polis  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə ittiham edilən Bakı şəhər sakini Cümşüd Qocayev tutulub. C.Qocayev metronun “28 May” stansiyasının platformasında Sumqayıtdan olan bir qadının çantasından içərisində 122 AZN, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinib. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər də məhkum olunduğu müəyyən edilib.

Qadınları Türkiyəyə aparan saxlanıb

17 Aprel 2017 16:03

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. “Olaylar”  xəbər verir ki, axtarış tədbirləri nəticəsində 1967-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aşırova Tünzalə Dilən qızının azərbaycanlı qadınları Türkiyənin Merzifon rayonuna aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.Faktla bağlı araşdırma davam etdirilir.

"Azercell" internet xidmətində yaranan çətinliklərə aydınlıq gətirib

17 Aprel 2017 16:02

Məlumat üçün bildiririk ki, 17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi. Yaranmış halın aradan qaldırlması üçün təcili tədbirlər görülmüş və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilmişdir.

Abşeron gəncləri maarifləndirildi

17 Aprel 2017 15:55

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yeniləşən Azərbaycan Gəncliyi” ictimai birliyi Abşeron rayonunda "Gənclərin ekoloji mədəniyyətinin artırılmasına təşəbbüs dəstəyi” mövzusunda tədbir keçirmişdir. Tədbiri açıq elan edən ictimai birliyin səlahiyyətli nümayəndəsi E.Əsədov bildirmişdir ki, 2010-cu il Azərbaycan Respublikasının dövlət başçısı tərəfindən "Ekologiya ili" elan olunmuşdur. Cənab İlham Əliyevin "Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" barədə imzaladığı 2006-cı il 28 sentyabr tarixli sərəncamı, əlaqədar orqanlarla birlikdə hər bir Azərbaycan vətəndaşı üzərinə də böyük öhdəliklər qoyur.

Litvalı professor Azərbaycana heyran oldu

17 Aprel 2017 15:48

Litva Edukoloji Universitetinin professoru Vidas Kavaliauskas Bilik Fondunun təşkilatçılığı ilə bir sıra görüşlər keçirib. Fonddan “Olaylar” – a bildirilib ki, litvalı professor səfərin birinci günü Bakı Mühəndislik Universitetinin “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə tələbələrlə görüşüb. Görüşdə təmsil etdiyi ölkənin etnik mənzərəsindən danışan V. Kavaliauskas Litvadakı multikulturalizm mühiti ilə Azərbaycan multikulturalizmi arasında paralellər aparıb. V. Kavaliauskas Bakı Mühəndislik Universitetinin Texnoparkı ilə tanış olub, burada tələbələr üçün yüksək səviyyədə şərait yaradıldığını bildirib.

Rayon qeydiyyatında olanlar da sosial mənzil üçün müraciət edə bilərlər

17 Aprel 2017 15:47

“Son günlər həm sosial şəbəkədə ünvanlanan mesajlarda, həm də digər formada müraciətlərdə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərə müraciət etmək hüququnun olub-olmaması məsələsi müzakirə edilir”.

Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür

17 Aprel 2017 15:45

Аzərbаycаndа dеmоqrаfik vəziyyət açıqlanıb. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb.

İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş müsabiqə keçirilir

17 Aprel 2017 15:43

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən Respublika təsviri sənət müsabiqəsinə start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqə 6–17 yaş arası məktəblilər olmaqla, 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Musabiqə 2 mərhələdə təşkil olunacaq. I mərhələ 24–27 aprel 2017-ci il tarixlərində zonalar üzrə təhsil şöbə və idarələrində keçiriləcək. Hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

146.920 əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyata alınmaqla bağlı müraciət edib

17 Aprel 2017 15:41

Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır

17 Aprel 2017 15:38

Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 17-dən 18-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

XİN sərhədlərin  demarkasiyası ilə bağlı məlumat yaydı

17 Aprel 2017 15:36

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası öz işini başa çatdırıb.Bu barədə “Olaylar”a XİN Mətbuat xidmətindən məlumat verilib. 13-17 aprel 2017-ci il tarixlərində Bakıda keçirilən iclasda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edib.