Gündəm
Hicran Hüseynova BMT-nin eksperti ilə görüşüb
17 aprel 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Azərbaycanda işgüzar səfərdə olan BMT-nin ekspert xanım Pramila Patten ilə görüşü keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ekspertin ölkəmizə səfərinin məqsədi Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən, hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək Milli Əlaqələndirmə Şurasının yaradılması və qadın hüquqlarının müdafiəsi istiqamətində Milli Fəaliyyət Planının hazırlanması üzrə tövsiyələr verməkdir.
Prezident: "Biz yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi möhkəmləndirməliyik"
"Biz yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi möhkəmləndirməliyik".
İlham Əliyev: "Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək"
"Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək". Bunu Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.
İlham Əliyev: "İxrac prosedurlarını sadələşdirmək lazımdır"
"İxrac prosedurlarını sadələşdirmək lazımdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.
Türkiyədə avtopark çökdü: Ölənlər və yaralılar var
Türkiyənin Samsun şəhərinin Kavak qəsəbəsində sökülməkdə olan avtopark çöküb. Olay günorta saatlarında Azaklı məhəlləsində baş verib. Birmərtəbəli avtopark tikilisinin çökməsi nəticəsində altında qalan 3 nəfər ölüb.
Yanan binaya görə tutulanlar yenidən məhkəmə önündə
2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslər barələrindəki hökmdən narazıdırlar.
Bu il 44 min daşınmaz əmlak üzərində mülkiyyət hüququn tanınıb
2017-ci il ərzində 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülüb. “Aqropark”ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib.
Bakı Ali Neft Məktəbi Beynəlxalq Foruma hazırlaşır
Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş İkinci “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya” Beynəlxalq Forumunun Proqram Komitəsinin iclası keçirilib.
Yeni piyada keçidi tikilir
Qala- Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidinin inşası aparılır. “OLAYLAR”-ın xəbərinə görə, bir aşırımlı metal konstruksiyalı yerüstü piyada keçidinin magistral yol üzərindəki hissəsinin ümumi uzunluğu 45 m, iki ədəd giriş-çıxışlarında pilləkənlərinin hər birinin uzunluğu 15 metr, keçidin tam uzunluğu 75 metrdir. Piyada keçidinin hərəkət hissəsinin eni 3.5 m, yol səthindən olan hündürlüyü isə 5.5 m təşkil edir.
Üç ayda 250 kiçik dövlət müəssisə özəlləşdirilib
Cari ilin ilk rübündə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılmış, 294 monitorinq aktı təhlil edilmişdir. Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5000-ə yaxın illik xüsusi hesabat forması alınıb ki, bunun 89.7%-i elektron qaydada qəbul olunub.
Komitə sədri: “Elektron kadastr uçotu işləri yekunlaşıb”
Hazırda elektron kadastr uçotu işləri yekunlaşmış, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılmışdır.
Azərbaycan və Özbəkistan turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb
Özbəkistanda keçirilən “İstirahət dünyası” V Daşkənd Beynəlxalq Turizm Sərgisi başa çatıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tapşırığı ilə sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın turizm assosiasiyaları arasında əlaqələrin inkişafına dair əməkdaşlıq memorandumu imzalanıb. Ölkəmiz tərəfdən memorandumu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Özbəkistan tərəfdən bu ölkənin Turizm Assosiasiyasının rəhbəri Nəbican Kasimov imzalayıblar.
Səyyar ASAN xidmət Siyəzəndə
Aprelin 17 – dən mayın 16 – dək Səyyar ASAN xidmət Siyəzən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Asan Xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart - 26 aprel Salyan şəhərində, 3 – 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, 10 – 19 aprel Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, 15 – 29 aprel Abşeron rayonunun Novxanı qəsəbəsində, səyyar ASAN qatar isə 14 – 28 aprel Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq.
Rusiya və Çin kəşfiyyatı ABŞ hərbçilərinin izinə DÜŞDÜ - BÖYÜK MÜHARİBƏ
Rusiya və Çin kəşfiyyat gəmilərini ABŞ donanmasını izləmək üçün Koreya yarımadasına göndərib. Nəşr qeyd edib ki, hər iki ölkənin kəşfiyyat gəmiləri artıq Koreya sahillərinə yan alırlar. “Bu, Koreya yarımadasına donanma yeridən ABŞ-a ciddi siqnaldır”, - deyə nəşr vurğulayıb.
İŞİD liderinin “Qafqaz əmiri” ləqəbli əsas köməkçilərindən biri öldürülüb
İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri öldürülüb. “Qafqaz əmiri” ləqəbli terrorçu Mosulun qərbində, yaşadığı evin qarşısında güllələnib. Naməlum şəxslər “Qafqaz əmiri” ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində, Təl-Afərdəkı evinin yaxınlığında öldürüblər.












