Gündəm
Politoloq: “Ermənilər çox təhlükəli siyasət aparırlar"
“Ermənistan axır vaxtlar cızığından daha da çıxaraq, həyasızlıqla məşquldur”. Bunu politoloq Zaur Məmmədov deyib.
"Ərdoğan bütün dünya müxalifəti ilə mübarizə apararaq qələbə qazandı"
“Ümumiyyətlə, Türkiyənin Konstitusiyaya dəyişiklik etməsinin səbəbi nəhayət vahid güc mərkəzinin yaradılması idi. Çünki Atatürkdən sonra Türkiyənin Konstitusiyasına demək olar ki, dəyişiklik edilməyib”. Bunu Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşən Musayev deyib.
Xətaidə mağazaların qənimi saxlanıb
Xətai rayonunda oğurluqla məşğul olan şıxs saxlanıb. DİN-dən verilən m\lumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Nikolay Miroşniçenkonun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun martın 6-da rayon ərazisindəki 1 mağazadan 115 manat pul, mobil telefon və noutbuk oğurladığı da müəyyən edilib.
Evdən qızıl aparan ələ keçib
Sabunçu rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cabir Cəfərov tutulub.
“Ən yaxşı dərs” layihəsinə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ən yaxşı dərs” layihəsinə start verilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, layihənin əsas məqsədi təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdən ibarətdir. Təcrübə mübadiləsi, bütün fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da layihənin əsas komponentlərindəndir.
"İnşaatçılar" stansiyasının birinci vestibülü açılır
Aprelin 18-də səhər saat 6:00-dan "İnşaatçılar" stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq. Bu barədə məlumat “OLAYLAR”-a Metropolitenin mətbuat xidmətindən daxil olub.
Qidadan zəhərlənənlərin sayı açıqlandı
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb. Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Fidan Qasımova və Şəfiqə Məmmədova Musiqili Teatrda
MEK –də beynəlxalq kitab mübadiləsi
"2017-ci ilə yekun vurarkən yaxşı dinamikanı görəcəyik"
"2017-ci ilə yekun vurarkən yaxşı dinamikanı görəcəyik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.
Prezident: "Sabitlik, əmin-amanlıq Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir"
"Sabitlik, əmin-amanlıq Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir". Bunu Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycanda turizmin inkişafından danışarkən deyib.
Qazaxıstanlı tələbələrin elmi-təcrübi dərsləri
Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyada təhsil alan I kurs magistr tələbələrinin elmi-təcrübi dərsləri davam edir.
Üç güləşçimiz Qazaxstanda keçirilən beynəlxalq turnirdə iştirak edəcək
Aprelin 20-22-də Qazaxstan Respublikasının Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edəcək. Məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaq.
Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb
Heydər Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, mərasimdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, H.Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak ediblər. Sonda Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb.
Növbəti hərraca 212 əmlak çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi 16 may 2017-ci il tarixində yeni hərrac keçirəcək. Hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.Komitədən “Olaylar2a verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir.














