Növbəti hərraca 212 əmlak çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi 16 may 2017-ci il tarixində yeni hərrac keçirəcək. Hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.Komitədən “Olaylar2a verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir.
17 Aprel 2017 16:51 SosialƏmlak Məsələləri Dövlət Komitəsi 16 may 2017-ci il tarixində yeni hərrac keçirəcək. Hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.Komitədən "Olaylar2a verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 9 min manatla 886 min 154 manat arası dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak paytaxtın Nizami rayonunda yerləşən "Azinterservis" Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 133 min 167 manata təklif olunur.