Politoloq: “Ermənilər çox təhlükəli siyasət aparırlar"

“Ermənistan axır vaxtlar cızığından daha da çıxaraq, həyasızlıqla məşquldur”. Bunu politoloq Zaur Məmmədov deyib.

"Ermənistan axır vaxtlar cızığından daha da çıxaraq, həyasızlıqla məşquldur". Bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan ermənilərin təbiətinə çox yaxşı bələddir: "Bizə lazımdır ki, dünya ölkələri də onların iç üzünə bələd olsun. Aprel hadisələrindən sonra ermənilərin danışıqlar prosesində göstərdikləri davranış Moskva başda olmaqla dünya liderlərinin diqqətində olmalıdır. İş orasındadır ki, indi Rusiyanın, ABŞ-ın başı daha aktual problemlərlə və bir - birinə qarışıb. Ona görə də , Cənubi Qafqazdakı münaqişə diqqətdən kənarda qalmaqdadır. Ermənilər çox təhlükəli siyasət apararaq münaqişənin alovlanmasına təkan verirlər".  Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31