Gündəm
“Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlər Universitetinin müəllimi Fizzə Quliyevanın müəllifi olduqları “Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb.Bölmədən “Olaylar” – a bildirilib ki, “Naxçıvan” Universiteti Elmi şurasının qərarı ilə nəşr olunan dərslikdə e.ə. VII minillikdən başlayaraq Naxçıvanda yaranan qədim yaşayış yerləri və memarlıq abidələri haqqında məlumatlar öz əksini tapıb. Kitabda beynəlxalq ekspedisiyaların da qoşulduğu arxeoloji araşdırmalar zamanı aşkar olunan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib.
"Facebook"da kişiləri soyan "gəlin" dəstəsi saxlanıldı - Polis nələr aşkarladı?..
Rusiyada qız adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən polis əməkdaşları avropalı kişi istifadəçilərin pulunu mənimsəyib. Saxlanılan qrupun bütün üzvləri Mari-El Respublikasının Yoşkar-Ola şəhərinin sakinləridir. Onların arasında qadın da var. Aldadılan şəxslər isə Böyük Britaniya, Almaniya, İrlandiya, Litva və Latviya vətəndaşlarıdır.
Riyaziyyat və Mexanika İnstitutu dissertasiya şurasında iclas
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Nargül Kamandar qızı Qurbanova və Nazilə Lətif qızı Muradova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər.
"Barselona" - "Yuventus" matçının hakimi bəlli oldu
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək daha iki matçın hakimləri müəyyənləşib. "Monako" və "Borussiya" (Dortmund), həmçinin "Barselona" ilə "Yuventus" arasında aprelin 19-da baş tutacaq cavab qarşılaşmasının referiləri açıqlanıb.
Neymar: ""Yuventus"a lazımi qədər qol vuracağıq"
"Barselona"nın hücumçusu Neymar Çempionlar Liqasında yarımfinal şanslarını dəyərləndirib. Braziliyalı futbolçu növbəti dəfə futbol dünyasını şoka salmaq iqtidarında olduqlarını bildirib. "Sambaçı" 1/4 final mərhələsinin ilk matçında 0:3 hesabı ilə məğlub olduqları "Yuventus"dan bunun revanşını almağa çalışacaqlarını vurğulayıb.
"Bunu ingilislərə deməyin"
"Qranada"nın yeni baş məşqçisi Toni Adamsın debütü uğursuz alınıb. Bir müddət "Qəbələ"də də çalışan ingilis mütəxəsisin komandası "Selta"ya 0:3 hesabıyla uduzub.
Kürdəmirdə 2 mindən çox quşun kütləvi tələfatının səbəbi bəlli oldu
Kürdəmir rayonunda quşların tələf olma səbəbləri müəyyən olunub. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumatda bildirilib ki, bir sıra kütləvi informasiya vasitələrində (KİV) Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatındakı 2 aylıq quşların tələf olması ilə bağlı məlumat yayılıb.
Bjezinskinin yeni proqnozları: qlobal və regional geosiyasətin qovşağında
Tanınmış Amerika strateqi və analitiki, hazırda Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Məşvərət Şurasının həmsədri olan Zbiqnev Bjezinski son müsahibələrinin birində bizim region üçün də əhəmiyyətli olan məsələlər barədə maraqlı tezislər ifadə edib.
Lapşin tibb məntəqəsinə köçürüldü
Bakıda həbsdə olan Alenksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq təcridxanasının tibb məntəqəsinə köçürülüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.
İlham Əliyev: "Azərbaycan gələcək illər ərzində ixrac strategiyasını müəyyən etməlidir"
"Azərbaycan gələcək illər ərzində ixrac strategiyasını müəyyən etməlidir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.
40 min manatlıq dələduzluqda təqsirləndirilən dəllala HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İslam Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Olimpiya Stadionu İslam Oyunlarının açılışına hazırlanır
Bakı Olimpiya Stadionunda "Bakı 2017 İslam Həmrəyliyi Oyunları"nın açılış mərasiminə hazırlıq işləri həyata keçirilir. Bu haqda Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. C.Mehdiyeva deyib ki, stadion yarışlar üçün hazır vəziyyətə gətirilmək üzrədir: "Dekorasiyalar quraşdırılır, müvafiq zonalar qaydaya salınır. Stadionda əvvəlcə açılış mərasimi, atletika/para atletika yarışları, sonda isə bağlanış mərasimi olacaq. Biz bütün bu tədbirlərə aktiv şəkildə hazırlıqlar görürük".
“Əsas strateji hədəfimiz – təhsilin keyfiyyətinin artırılmasıdır”
Bir il öncə Azərbaycan Tibb Universitetində yeni təyinat baş verdi. Professor Gəray Gəraybəyli bütün karyerasını həsr etdiyi doğma universitetin rektoru təyin olundu. İstənilən sahədə bir il - hesabat vermək üçün ilkin mərhələ sayılır. Bu müddətdə Azərbaycan Tibb Universitetində nələr dəyişdi, yeni rektor hansı sahələrə diqqəti daha da artırdı? Hədəflər nə idi və bir ildən sonra gözləntilərin doğrulduğunu demək olarmı? Bütün bunlar haqqında ATU rektoru, professor Gəray Gəraybəyli ilə müsahibəni təqdim edirik:
Demokratik ölkə vətəndaşı timsalında Azərbaycanda insanların azad söz, ifadə, fikir azadlığı var
Azərbaycan media məkanı özünün rəngarəngliyi ilə seçilir. Ölkədə həm iqtidar, həm müxalifət, həm müstəqil, həm də ayrı-ayrı sahələr üzrə sahəvi mətbu orqanlar, qəzet və jurnalların çap edilməsi bu rəngarəngliyi təsdiq edən amillər sırasındadır. Əslində bu faktın özü də istər-istəməz Azərbaycanda fikir və söz, məlumat azadlığı, plüralizmin mövcud olduğunun əyani sübutudur.
Siyasi şərhçi: “Bu, ermənilərin növbəti təxribatıdır”
“Gürcüstanda erməni diasporunun Azərbaycana qarşı atacağı hər bir addım birbaşa Gürcüstanın dövlətçiliyinə qarşı yönələn addımdır. Gürcüstanla Azərbaycanın qarşı-qarşıya qoyulması ilə məhz bu xarakterli informasiyalardan irəli gəlir”. Bunu Elçin Mirzəbəyli ermənilərin Azərbaycana qarşı Gürcüstandan istifadə etməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.














