Gündəm
Bakıya az qaldı - Bu dəfə Fettel qalib gəldi
Formula-1 üzrə dünya çempionatının 2017-ci il üzrə üçüncü yarışı olan Bəhreyn Qran-Prisində "Ferrari" komandasının pilotu Sebastyan Fettel qalib gəlib.
Prosineçki "Valensiya"nı çalışdıracaq?
Millimizin baş məşqçisi Robert Prosineçki üçün növbəti iddia ortaya çıxıb. İspaniyanın "Valensiya" klubu xorvatiyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi düşünür.
Gənc görünmək istəyənlər üçün MASKALAR
"Çelsi"nin qapıçısı reklam çəkilişi zamanı zədələndi
"Çelsi"nin qapıçısı Tibo Kurtuanın zədəsi ilə bağlı məlumat yayılıb. Belçikalı qolkiperin NBA üçün reklam çarxının çəkilişi zamanı topuğundan zədələnib. Məşq meydançasında komandayoldaşları ilə basketbol oynayan Kurtua tullandığı anda topuq nahiyəsində ağrı hiss edib. Bu səbəbdən qolkiper "Mançester Yunayted"lə oyunu (0:2) buraxıb. O, İngiltərə Kubokunun yarımfinalında "Tottenhem"lə görüşdə də komandasına kömək edə bilməyəcək.
Gözümüz niyə səyriyir?
Hər kəsin gözü bir neçə dəfə səyriyə bilər. Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir? Bununla bağlı mütəxəssislərin rəyini təqdim edirik.
Dırnaq batmasının qarşısını alan 2 QARIŞIM
Dırnağın ətə batması əksər hərəkətlərə mane olan ağrılarla müşahidə edilir. Dırnaq batması adətən ayağın baş barmağında müşahidə edilir. Bu, dırnağın böyüdükcə eninə doğru inkişaf etməsindən irəli gəlir. Dırnaqlar düz qabağa doğru uzandığına görə onu tutarkən qaydalara düzgün əməl olunmalıdır. Belə ki, uşaq yaşlarında uşağın dırnaqlarının yalnız qabaq tərəfindən kəsmək lazımdır.
Məşhur cütlük sevgili oldu
Bir müddət əvvəl müğənni Keti Perridən ayrılan aktyor Orlando Blum yeni münasibətə başlayıb. Qərb mediası iddia edir ki, aktyor həmkarı Nina Dobrevlə sevgilidir. Tez-tez bir araya gələn cütlük bu yaxınlarda film təqdimatlarından birində görüşüblər. Mərasimdən sonra isə birgə vaxt keçirmək üçün dostları ilə görüşüblər.
Amerikalı alimlər smartfonlar üçün öz-özünə bərpa olunan şüşə yaradıblar
Kaliforniya Universitetinin alimləri tərəfindən smartfonlar üçün yaradılmış şüşə öz-özünə bərpa olunmaq qabiliyyətinə malikdir. Elmi qrupun direktoru Çao Van deyib ki, yeni şüşə müxtəlif çat, cızıq və kəsiklərə qarşı son dərəcə davamlıdır.
Ən bahalı mobil telefonlar beşliyi açıqlanıb
Mütəxəssislər tarix boyu mövcud olan ən bahalı mobil telefonlar beşliyini açıqlayıblar. Siyahıda birinci yeri 8 milyon dollarlıq model tutub. Bu qiymət brendin loqotipinin almazla bəzədilməsi ilə əsaslandırılır. Belə ki, avstriyalı futbol klubu sahibi Toni Seyc 2010-cu ildə “Apple” şirkətinin istehsalı olan telefonunun zinət əşyaları ilə bəzədilməsini sifariş edərək brendin loqotipini 53 almazla bəzəyib.
Tibdə VACİB YENİLİK: ağıllı sarğılar
Böyük Britaniyada ağıllı sarğılar hazırlanır. Bu ağıllı sarğılar yaranın nə vaxt sağaldığını müəyyən edib həkimə “xəbər verəcəklər”. Çünki bu sarğıların içində çox kiçik sensorlar yerləşdirilib. Sensorlar yaradakı dəyişikliyi, infeksiyaların mövcud olub-olmamasını və xəstənin fəallıq səviyyəsini öyrənəcək.
Real vaxt rejimində izlənilən “ağıllı” çamadan yaradılıb
Mütəxəssislər “GPS” vasitəsilə real vaxt rejimində izlənilə bilən “E-Case” adlı “ağıllı” çamadan yaradıblar. “Ağıllı” çamadanın yaradılmasına səbəb səyahətlər zamanı hazırda müasir dünyada böyük problemə çevrilən əşyaların itirilməsi olub.
Müğənninin milyon dollarlıq malikənəsi
Beyonsun zövqü ilə bəzədilmiş evin bir gecəlik qiyməti 30 min dollardır. Beyons Amerikanın ən məşhur idman növü olan superboul həvəskarları üçün milyon dollarlıq malikanə alıb. Malikanə Kaliforniyanın Los Altos Hillz bölgəsində yerləşir.
Döymənin qorxunc FƏSADLARI
Bədənində döyməsi olan insanlar daha çox günvurmaya məruz qalırlar. Döymələr gün işığını daha çox özünə cəlb edirlər. Əlbəttə ki, döyməsi olan insanlar onu gizlətmək üçün pul xərcləmirlər. Çoxu məhz yay aylarında – açıq paltarlarda, çimərlikdə görünsün deyə bədənlərini bəzəyirlər. Amma bununla da günəşin “diqqətini çəkirlər”.
"Atletiko"dan antirekord
Futbol üzrə İspaniya La Liqasının XXXII turu çərçivəsində "Osasuna"nı qəbul edən "Atletiko" antirekordla yadda qalıb. Madrid təmsilçisi ölkə çempionatında ardıcıl 6-cı penaltini qola çevirə bilməməklə tarixə düşüb. "Atletico"nun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qonaq komandanın qapıçısı Salvatore Siriqu 89-cu dəqiqədə Yannik Karraskonun, 1 dəqiqə sonra isə Tomas Parteyin zərbəsini dəf edib.
Enrike: "Yuventus"la oyuna, hətta 8 hücumçu ilə çıxa bilərik"
"Barselona"nın baş məşqçisi Luis Enrike "Yuventus"la Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək cavab oyunu barədə danışıb. Gənc mütəxəssis itiriləcək heç nəyin qalmadığını bildirib.













