Gündəm
“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub
“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər. Söhbət zamanı həmçinin Donbasda atəşkəs rejiminə əməl edilməsinin vacibliyi vurğulanıb. Ölkə liderləri ilk öncə təhlükəsizlik və siyasi məsələlər sahələrində Minsk razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər.
"ABŞ hərbi hərəkət başladarsa, müharibə qaçılmaz olacaq"
Hərbi bazalarımızıda illik, aylıq və hətta həftəlik olaraq raket sınaqlarımızı keçirməyə davam edəcəyik. Bu sözləri Şimali Koreyanın xarici işlər nazirinin müavini Han Syonq-Ryol deyib. O bildirib ki, ABŞ hərbi hərəkət başladarsa, müharibə qaçılmaz olacaq.
Rusiyada aeroport bağlandı
İrkutsk aeroportu yerli vaxtla saat 13.15-ə qədər bağlanıb. Aeroportun uçuşları dayandırmasının səbəbi güclü qarla bağlıdır. Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb. 7 təyyarənin uçuşunun dayandırılması barədə məlumat verilib.
Xəstəxanada yanğın: 2 nəfər xəsarət aldı, 100 nəfər təxliyə edildi - Rusiyada
Bu gün Rusiyada xəstəxanada baş verib. Yanğın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində 1 saylı vilayət klinik xəstəxanasının yeddinci korpusunun zirzəmisində olub.
Azay Quliyev: "Azərbaycan ATƏT PA ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir"
Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir. Bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.
15 min dollarlıq üzüklə evlilik təklif etmişdi, ayrıldı
6 ildir sevgili olan və evlənmələri gözlənilən daha bir məşhur cütlük ayrılıb. Model Özge Ulusoy və iş adamı Hacı Sabancımünasibətlərini bitiriblər. Bir neçə ay əvvəl evlənmək qərarı verən cütlüyün ayrılığı ətrafdakıları təəccübləndirib.
Qəbul imtahanında iştirak etmək istəyənlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Bildirilib ki, qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər.
Bahar Muradova Türkiyədəki referendumdan DANIŞDI
Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və referendumun nəticələri münasibətilə təbrik etmək lazımdır. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə deyib.
Rusiyada 5,3 bal gücündə zəlzələ olub
Rusiyanın Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xodutka və Ksudaç vulkanları yaxınlığında, ocağı isə 120 km dərinlikdə yerləşib. Yaşayış məntəqələrində zəlzələ hiss olunmayıb.











.jpg)


