Azərbaycan filmləri Alanya Beynəlxalq Film Festivalında
18 Aprel 2017 10:09 Teatr və kino"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Çölçü", "Həddən artıq uyğunluq", "İçəri Şəhər" və "Qırmızı bağ" filmləri Türkiyənin Alanya Beynəlxalq Film Festivalına dəvət alıblar. Festival 2-8 may tarixlərində Alanya şəhərində keçiriləcək.
Kinostudiyadan "Olaylar" - a bildirilib ki, festivala tanınmış aktyor, Azərbaycan Xalq artisti Fəxrəddin Manafov xüsusi qonaq kimi dəvət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31